Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İngiltərənin Çeşir qraflığında yerləşən Çester dünyanın ən gözəl şəhəri seçilib. Şəhər reytinqdə Venesiya, Roma və Barselona kimi məşhur turizm məkanlarını geridə qoyub.
Milli.Az xəbər verir ki, reytinq qızıl nisbət prinsipi əsasında hazırlanıb.
Qızıl nisbət əsrlər boyu rəssamlar və memarlar tərəfindən estetik baxımdan ideal proporsiyaların müəyyənləşdirilməsində istifadə olunub. Tədqiqatçılar da bu prinsipi binalara və şəhər mənzərələrinə tətbiq edərək onların vizual cəlbediciliyini qiymətləndiriblər.
Nəticədə Çester 83,7 faiz göstərici ilə birinci yeri tutub. Venesiya 83,3 faiz, London 83 faiz, Belfast 82,9 faiz, Roma 82 faiz, Barselona isə 81,9 faiz nəticə göstərib.
Çesterin tarixi eramızın təxminən 79-cu ilinə gedib çıxır. Şəhər həmin dövrdə Roma qalası kimi salınıb. Bu gün də burada Roma dövrünə aid amfiteatrın və qədim istehkamların qalıqlarını görmək mümkündür.
Şəhərin əsas görməli yerlərindən biri yaxşı qorunub saxlanılan tarixi divarlardır. Uzunluğu 3 kilometrdən çox olan piyada marşrutu turistlərə şəhərin bir sıra tarixi məkanlarını yaxından görmək imkanı verir.
Çesterin ən fərqli məkanlarından biri "The Rows" adlanan ikimərtəbəli qapalı piyada qalereyalarıdır. Burada mağazalar, kafelər və restoranlar yerləşir. Orta əsrlərə aid tikililər isə şəhərin mərkəzinə özünəməxsus ab-hava verir.
Çester Kafedralı və şəhərin simvollarından sayılan İstgeyt saatı da turistlərin ən çox ziyarət etdiyi məkanlar sırasındadır.
Şəhərin tarixi mərkəzi olduqca kompakt olduğundan Çesteri əsasən piyada gəzmək mümkündür. Qara-ağ fasadlı qədim evlər, kiçik kafelər, pablar və tarixi küçələr şəhərə nağılı xatırladan görünüş verir.
Çester həmçinin Şimali Uelsə səfər üçün əlverişli başlanğıc nöqtəsi sayılır. Buradan Liverpul və Mançesterə də asanlıqla getmək mümkündür.
Şəhəri ziyarət edən turistlər xüsusilə tarixi binaları, "The Rows" qalereyalarını və piyada gəzinti imkanlarını yüksək qiymətləndirirlər. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Yaponiyada güclü zəlzələ oldu
-
Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək
-
Məşhur sovet aktrisası vəfat etdi
-
Jesuş Ronaldunun Portuqaliya millisindən getməsinə görə təəssüflənmir
-
Santyaqo Penya ev dustağı edildi
-
Ukrayna iki il ərzində G7 ölkələrindən 49,4 milyard dollar yardım alıb
XƏBƏR LENTİ
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək
-
"Qalatasaray"ın hücumçusu əməliyyat olunub
-
Şəkidə 58 yaşlı kişini maşın vuraraq öldürüb
-
35 yaşlı kişinin meyiti kənd qəbiristanlığında tapıldı
-
Məşhur sovet aktrisası vəfat etdi
-
Jurnalist Elnur Şükürov həbs edildi
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi
-
Qobustanda mikroavtobus aşdı
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)





