15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Kəpəz" komandası akademiyanın yetirməsi, böyük gələcək vəd edən 15 yaşlı Əlisahib Əliyevlə peşəkar müqavilə bağlayıb.
Klubdan Milli.Az-a bildirilib ki, qapıçı bundan sonra məşqlərini əvəzedicilərdən ibarət komandada davam etdirəcək. Hazırda "Kəpəz"in U-19 kollektivinin əsas qapıçısı olan Əlisahib peşəkar müqavilə sayəsində Əvəzedicilər Liqası və Azərbaycan Premyer Liqasında forma geyinmək hüququ qazanıb. "Sarı-göylər"in tarixində yeniyetmə istedadla son belə müqavilə 2018-ci ildə olub. Həmin vaxt 15 yaşlı müdafiəçi Ümid Səmədov əsas komandaya cəlb edilib. Əlisahib Əliyev isə "Kəpəz"in tarixində peşəkar anlaşmaya imza atan ən kiçikyaşlı qapıçı adına sahib çıxıb.
Futbolla 5 yaşından məşğul olan yeniyetmə qapıçı klubun rəsmi saytına açıqlamasında təəssüratlarını bölüşüb: "Kəpəz"lə peşəkar müqavilə bağladığıma görə çox şadam. Üzərimdə daha çox işləyib etimadı doğrultmağa çalışacağam. Məqsədim "Kəpəz"in əsas heyətində debüt etmək və milli komandaya dəvət almaqdır. Gələcəkdə Avropanın "Top-5" çempionatlarından birində forma geyinməyi arzulayıram. Ən çox sevdiyim klub "Real Madrid"dir. Kumirim isə almaniyalı qapıçı Manuel Noyerdir. Mən də onun kimi ayaqla yaxşı oynayıram, taktiki məşqlərə üstünlük verirəm".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Sərnişinlərə alternativ marşrut təklif edildi: Cəmi 11 dəqiqəyə çatacaqsınız - (Foto)
-
“Trabzonspor”un yeni baş məşqçisi açıqlandı
-
Demet Akalına konsertində əxlaqsızlıq - (Video)
-
Şükufə Yusupovadan xəbər var
-
Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı





