Kadir İnanırın sərvəti qalmaqal yaratdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türk kinosunun əfsanəvi aktyoru Kadir İnanırın vəfatından sonra geridə qoyduğu nəhəng mirası ilə bağlı qalmaqallı təfərrüatlar ortaya çıxıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, mərhum aktyorun vəsiyyətnaməsinin oxunmalı olduğu məhkəmə iclası bəzi ailə üzvlərinə rəsmi bildirişlərin çatmaması səbəbindən 17 dekabr saat 09:30-a təxirə salınıb.
Qəzet yazır ki, bununla yanaşı, ortaya atılan iddialara görə, Kadir İnanırın hazırladığı son vəsiyyətnamədə var-dövlətinin böyük hissəsini 27 illik həyat yoldaşı Jülide Kurala saxladığı bildirilir. Sənəddə həmçinin Kuralın vəfat etməsi ehtimalına qarşı əmlakın insan hüquqları təşkilatları və təhsil müəssisələri arasında bölüşdürülməsinin istənildiyi öyrənilib.
Bu iddialardan sonra mərhum aktyorun bacı və qardaşı uşaqlarının hüquqi müstəvidə etiraz etməyə hazırlaşdıqları gündəmə gəlib. Qeyd olunur ki, K. İnanırın 11 bacı-qardaşından yalnız biri həyatdadır və qanuni vərəsə sayılan qohumlarının sayı 28 nəfərdir.
Məsələ ilə bağlı Jülide Kural isə belə cavab verib:
"Mən kədərimi yaşayıram. Kim nə danışırsa danışsın, şərh verməyəcəyəm. Kadir çox əliaçıq insan idi, ömrü boyu ailəsinə dəstək oldu. Özü bir vəsiyyətnamə hazırlayıb və buna hörmətlə yanaşmaq lazımdır. Onsuz da hüquq öz işini görəcək. Kadirə yaraşan dili heç vaxt itirməyək".
Məlum olub ki, 2015-ci ildə ilk vəsiyyətini hazırlayan Kadir İnanır 2022-ci ildə notarial qaydada daha iki fərqli vəsiyyətnamə tərtib etdirib.
Hər 3 vəsiyyətnamənin məzmunu indiyədək gizli saxlanılırdı.
Xatırladaq ki, K. İnanırın vəfatından sonra onun böyük miqdarda pul, müxtəlif bölgələrdə çoxlu sayda daşınmaz əmlak, 25 ədəd "Rolex" qol saatı, "Dupont", "Cartier", "Dunhill", "Zippo" brendlərinə aid qızıl suyuna çəkilmiş çaxmaqlar, xüsusi işləməli üzüklər və dünyanın müxtəlif ölkələrindən topladığı 3 min ədəd qurbağa fiqurundan ibarət nadir kolleksiyaya sahib olduğu bəlli olmuşdu.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





