Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarla təsdiq edilmiş "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"na dəyişiklik edilərək Xankəndi şəhər İncəsənət Məktəbi Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət təhsili müəssisəsi kimi təsbit edilir. Eyni dəyişikliklə Füzuli şəhər Kurmanqazı adına İncəsənət Məktəbinin də müvafiq hüquqi statusu rəsmiləşdirilir.
Xankəndidə İncəsənət Məktəbinin fəaliyyətə başlaması işğaldan azad edilmiş ərazilərdə sosial, təhsil və mədəni infrastrukturun bərpasının mühüm istiqamətlərindən biridir. Məktəbin yaradılması uşaqların və gənclərin incəsənət təhsilinə əlçatanlığının təmin edilməsinə, onların yaradıcı potensialının üzə çıxarılmasına və Qarabağın zəngin mədəni ənənələrinin gələcək nəsillərə ötürülməsinə xidmət edəcək.
İlkin mərhələdə məktəbdə 100-dək şagirdin təhsil alması, sonrakı mərhələlərdə isə şagird sayının ən azı üç dəfə artırılması nəzərdə tutulur. Tədris musiqi ilə yanaşı, tələbat əsasında incəsənətin digər istiqamətlərini də əhatə edəcək.
Mədəniyyət Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə incəsənət təhsilinə olan tələbatın müəyyənləşdirilməsi məqsədilə MyCulture vahid şəxsi kabinetində xüsusi elektron müraciət bölməsi yaradılıb. Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Cəbrayıl və Zəngilan üzrə indiyədək 300 nəfər qeydiyyatdan keçib. Daxil olan müraciətlər ərazilər və ixtisaslar üzrə təhlil edilərək tədrisin təşkili, ixtisasların müəyyənləşdirilməsi və müəllim təminatı zamanı nəzərə alınacaq.
Xankəndidə yeni incəsənət məktəbinin fəaliyyətə başlaması Böyük Qayıdış prosesinin mədəni və yaradıcı mühitlə tamamlanmasına xidmət edən mühüm addımdır.
Xankəndidə həyatla birlikdə musiqi, yaradıcılıq və incəsənət təhsili də yeni mərhələyə qədəm qoyur.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
XƏBƏR LENTİ
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qafqaz Albaniyasının xristian irsinin izləri Qarabağda və Azərbaycanın digər bölgələrində görünür - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Tələbələr üçün gediş haqqı daha ucuz olacaq
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
Kanada Aİ-yə qoşula bilər?
-
“Neftçi” 1000-ci oyununa çıxacaq
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasına prezident seçilib
-
Bu şəxslərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq





