Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var.
Milli.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ərəb Media Forumunda çıxışı ilə bağlı "X" hesabındakı paylaşımında qeyd edib.
"Ərəb Media Forumunda mən Qafqaz Albaniyasının qədim dövləti və onun zəngin xristian irsi haqqında danışdım. Bu irsin davamlı və xüsusilə əhəmiyyətli izlərini Qarabağda və Azərbaycanın digər bölgələrində görmək mümkündür.
Mən Azərbaycanın əsrlər boyu formalaşmış multikulturalizm və dini birgəyaşayış ənənəsini, eləcə də ölkəmizin mənşəyindən və dini mənsubiyyətindən asılı olmayaraq zəngin mədəni və dini irsinin qorunmasına, mühafizə edilməsinə və bərpa olunmasına sadiqliyini vurğuladım.
Həmçinin işğal illərində Azərbaycanın dini və mədəni irsinin genişmiqyaslı dağıdılması, təhqir edilməsi və dəyişdirilməsi məsələsinə toxundum, tarixi həqiqətin qorunmasının və mədəni irsin gələcək nəsillər üçün saxlanmasının vacibliyini vurğuladım.
Gürcüstanın xarici işlər naziri və BƏƏ-nin iqtisadiyyat və turizm naziri ilə birlikdə iştirak etdiyim panelə Euronews-un baş icraçı direktoru moderatorluq edib", - deyə Hikmət Hacıyev paylaşımında qeyd edib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
Səudiyyə Ərəbistanın Kralı Prezident İlham Əliyevi təbrik edib
-
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar - (Video/Foto)
XƏBƏR LENTİ
-
Fonseka klubdan ayrılır
-
Azərbaycanda qızılın 1 qramı 260 manata təklif olunur
-
Ziraat Bank Azərbaycan “Zəfər Günü” münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib - (Foto)
-
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
-
78 yaşlı müğənni 3-cü dəfə evləndi - (Foto)
-
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi - Siyahı
-
Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
-
Soyutma sistemlərinə kiberhücum təhlükəsi barədə xəbərdarlıq
-
Lüduviko Eynaudinin musiqisindən caz improvizələrinə qədər - Virtuosos of Baku musiqi axşamları - (Foto)
-
ABŞ İranı nüvə ilə vuracaq?
-
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
-
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
-
TikTokerin “Uzak Şehir”ə çəkilməsi qınandı - (Video)
-
Tovuzda ev yanaraq külə döndü
-
Xalq artistini xanımı ilə görüntülədi - (Video)
-
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
-
Bu domenin illik qeydiyyat 100 manat olacaq
-
Deniz Baysalın boşandıqdan sonra verdiyi açıqlama gündəm oldu
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
Azərbaycanda bu internetin aylıq qiyməti 2 min manat olacaq
-
Röyanın 90 yaşlı fanatının sevgisi - (Video)
-
Səudiyyə Ərəbistanın Kralı Prezident İlham Əliyevi təbrik edib
-
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb





