"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qalatasaray"ın 21 yaşlı ulduzu Aleksey Batrakov Çempionlar Liqasında əlamətdar bir statistikaya imza atıb. Cəmi dörd oyunda ilk dörd qolunu vuran rusiyalı futbolçu Lionel Messidən (13 oyun) və Kriştiano Ronaldodan (30 oyun) daha sürətli start götürüb.
Milli.Az-ın xəbərinə görə, Batrakov UEFA Çempionlar Liqasının dördüncü həftəsində "Qalatasaray"ın "Ştutqart" üzərində 2:0 hesablı qələbəsinin ulduzu olub. Almaniya komandasına qarşı iki qol vuran 21 yaşlı rusiyalı futbolçu Çempionlar Liqasında ümumi qol sayını dördə çatdıraraq, Lionel Messi və Kriştiano Ronaldo ilə müqayisə edilən statistikası ilə diqqət çəkib.
Çempionlar Liqasında karyerasında ilk 4 qolunu cəmi 4 oyunda vuran Batrakov, dünya futbolunun iki əfsanəsindən daha sürətli başlanğıc edib. Lionel Messi 13 oyunda eyni sayda qola, Kriştiano Ronaldo isə 30 oyunda çatıb.
- Aleksey Batrakov: 4 oyun
- Lionel Messi: 13 oyun
- Kriştiano Ronaldo: 30 oyun
Bu müqayisə ilə Batrakov Çempionlar Liqasında karyerasının əvvəlində qol məhsuldarlığı baxımından iki ulduzu geridə qoyub.
Bu qarşılaşma ilə Batrakov Çempionlar Liqası karyerasının əvvəlində qol məhsuldarlığı baxımından iki ulduzu geridə qoyub.
"Ştutqart"a qarşı 12-ci və 15-ci dəqiqələrdə qol vuran Batrakov, "Qalatasaray" tarixində Çempionlar Liqası oyununda iki qol vuran ən gənc oyunçu olub. Rusiyalı ulduz həmçinin sarı-qırmızılar tarixində oyunun ilk 15 dəqiqəsində iki qol vuran ilk oyunçu kimi tarixə düşüb.
"Barselona" və "Lill" oyunlarında da qol vuran Batrakov beləliklə, "Qalatasaray" üçün ardıcıl üç Çempionlar Liqası matçında qol vuran ilk yarımmüdafiəçi olub.
Bu mövsüm Çempionlar Liqasında 4 oyunda 4 qol vuran Batrakov hər oyunda orta hesabla 1 qol vurub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Santyaqo Penya ev dustağı edildi
-
Ukrayna iki il ərzində G7 ölkələrindən 49,4 milyard dollar yardım alıb
-
ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar
-
Bu bürclərin qayınanaları ilə yola getmək çox çətindir
-
Payızda yatmazdan əvvəl bunları edin – Səhərə gümrah oyanmağın yolları
-
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
-
Nə sirkə, nə də soda: Pestit qalıqlarını dərhal yox edir
-
Ferrari ilk elektrikli avtomobilində bunlara üstünlük verib - (Foto)
-
Nə qara, nə də yaşıl: Ən sağlam zeytun növü açıqlandı
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)
-
Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
-
Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
-
Günün qoroskopu: Xərclərinizdə ölçülü olmağınız məsləhətdir
-
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - (Video)
-
Vernidub qələbələrin sirrini açıqladı
-
Toral Bayramov Türkiyədə avtoqol vurdu - (Video)
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - (Video)
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
-
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir





