Azərbaycanda qızılın 1 qramı 260 manata təklif olunur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan bazarında 585 əyarlı qızıl-zinət əşyalarının bir qramı təxminən 150-170 manat, 750 əyarlı məmulatların bir qramı 190-220 manat, 999 əyarlı məmulatların bir qramı isə 230-260 manat aralığında təklif olunur.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini, "Qiymətli metallar və qiymətli daşlar" üzrə Texniki Komitənin sədri, iqtisadçı Rövşən Əmircanov deyib.
O, bildirib ki, Azərbaycan bazarında qızıl-zinət əşyaları üçün vahid satış qiyməti müəyyən edilməyib. Təqdim olunan bazar məlumatları əsasında göstərilən qiymətlər təxminidir və məmulatın növünə, istehsal ölkəsinə, modelinə və satıcının qiymət siyasətinə görə dəyişə bilər.
Ekspertin sözlərinə görə, qızılın dünya bazarındakı qiymətinə qlobal iqtisadi proseslər, pul-kredit siyasəti və geosiyasi hadisələrlə yanaşı, investorların gözləntiləri də təsir göstərir:
"Son günlərdə ən aktiv qızıl fyuçers müqaviləsinin hesablaşma qiyməti bir troya unsiyası üçün 3 900 ABŞ dollarından aşağı düşüb. Bu, 2025-ci ilin oktyabrından bəri həmin müqavilə üzrə qeydə alınan ən aşağı hesablaşma qiymətidir".
R.Əmircanov qeyd edib ki, faiz dərəcələrinin yüksək səviyyədə saxlanılması və ya artırılması ilə bağlı gözləntilər gəlir gətirən maliyyə alətlərinin investorlar üçün cəlbediciliyini artırır. Qızıl faiz gəliri gətirmədiyindən, bu alətlərin gəlirliliyinin yüksəlməsi qızıl saxlamağın alternativ xərcini artıra bilər.
"Nəticədə qızıla olan tələb zəifləyə və onun qiymətinə təzyiq arta bilər. ABŞ dollarının digər valyutalara nisbətən möhkəmlənməsi qızılın dollarla ifadə olunan qiymətinə təzyiq göstərə, eyni zamanda onu digər valyutalardan istifadə edən alıcılar üçün bahalaşdıra bilər", - deyə o əlavə edib.
İqtisadçı bildirib ki, neft qiymətlərinin artması inflyasiya gözləntilərini gücləndirə və mərkəzi bankların sərt pul-kredit siyasətini daha uzun müddət davam etdirməsi ehtimalını artıra bilər. Bununla yanaşı, geosiyasi gərginliyin artması və mərkəzi bankların qızıl alışları qiymətə dəstək göstərə bilər.
Onun sözlərinə görə, bu amillər qarşılıqlı təsir göstərir və qızılın bazar qiymətinin istiqaməti investorların tələbindən, risk iştahından və digər bazar göstəricilərindən asılıdır:
"Son günlərdə müşahidə olunan qiymət geriləməsi neft qiymətlərinin artması, inflyasiya narahatlıqları və faiz dərəcələrinin yüksək qalacağı gözləntiləri ilə bağlıdır".
R.Əmircanov yerli bazarda pərakəndə satış qiymətlərinin formalaşmasına təsir edən amilləri də açıqlayıb. O, bildirib ki, beynəlxalq bazardakı qızıl kotirovkası və məmulatın əyarına uyğun metal dəyəri ilə yanaşı, işçilik və dizayn xərcləri, qiymətli daşların dəyəri, idxal və logistika xərcləri, vergilər və digər ödənişlər, eləcə də satıcının ticarət marjası nəzərə alınır.
Ekspert vurğulayıb ki, dünya bazarındakı ucuzlaşma yerli mağazaların satış qiymətlərinə dərhal və eyni həcmdə ötürülməyə bilər:
"Mövcud ehtiyatların maya dəyəri əvvəlki alış qiymətlərindən asılı olur. Yeni tədarükün qiyməti dəyişdikcə bu təsir pərakəndə satış qiymətlərində tədricən görünə bilər. Sadə və daşsız məmulatlarda qızılın ümumi qiymətdəki payı daha yüksək olduğundan dəyişikliklər nisbətən aydın hiss oluna bilər. Bununla belə, qiymət dəyişikliyinin sürəti və miqyası satıcının ehtiyatlarından, alış şərtlərindən və qiymət siyasətindən asılıdır".
R.Əmircanov almaz və rəngli qiymətli daşların qiymət dinamikasına da toxunub. Onun sözlərinə görə, almaz bazarında son dövrün qiymət dinamikası ölçü və keyfiyyət kateqoriyalarına görə fərqlənib.
"Rapaport-un dərc etdiyi təhlilə əsasən, oktyabrda bəzi kiçik ölçülü, yüksək keyfiyyətli dairəvi brilyantların qiymət indeksləri artıb, bir karatlıq brilyantların indeksi isə cüzi yüksəlib. Bununla yanaşı, 1-1,49 karatlıq brilyantların bəzi kateqoriyalarında qiymətlər zəifləyib və ya sabit qalıb. Buna görə almazların qiymətində ümumi artım və ya azalma barədə vahid nəticəyə gəlmək düzgün olmaz", - deyə o bildirib.
İqtisadçı qeyd edib ki, yaqut, zümrüd, sapfir və aleksandrit kimi rəngli qiymətli daşların qiymətləri də daşın növündən, karat çəkisindən, rəngindən, təmizliyindən, mənşəyindən və emal üsulundan asılı olaraq dəyişir. Bu bazarda vahid qiymət istiqaməti yoxdur.
Onun sözlərinə görə, son hərrac məlumatlarında yaqutların orta satış qiyməti əvvəlki hərracla müqayisədə yüksək olub. Lakin hərraclarda təklif olunan daşların tərkibi və keyfiyyəti fərqli olduğundan bu göstəricini bütün yaqutların bazar qiymətinin artması kimi qiymətləndirmək olmaz.
"Daşlı və mürəkkəb işləməli məmulatlarda işçilik və daşların yekun qiymətdəki payı daha yüksək ola bilər. Buna görə qızılın dünya bazarındakı qiymət dəyişiklikləri belə məmulatların satış qiymətinə nisbətən daha məhdud təsir göstərə bilər", - deyə R.Əmircanov əlavə edib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tünd kişmiş cavanlaşdırır
-
Yuxudan duran kimi bunu edin
-
Qumralın əri ilə eşq dolu rəqsi diqqət çəkdi - (Video)
-
Mətbəx süngəri tarixə qovuşur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - (Video)
-
Burcu Biricik : "Milyonlar qazanan cəmi 3-5 aktyor var"
-
Günün qoroskopu: Ətrafınızdakıların fikirlərinə də bir qədər yer ayırın
-
Almaniyada insanlar niyə hesabı ayrı-ayrı ödəyir?
-
Bu qış xəyanət təhlükəsi artır: Hansı bürclər gizli eşq yaşaya bilər?
-
Mebel almaq istədi, aldandı - (Video)
-
Qaxda mikroavtobus dərəyə aşdı - (Video)
-
“Razılaşma əldə etməkdə çox maraqlıdırlar” - Donald Tramp
-
Ağdamda avtomobil aşdı, xəsarət alanlar var - (Video)
-
Kanalizasiya xətti üstündə dava düşdü - (Video)
-
Hərəkətdə olan avtomobil anidən alışdı - (Video)
-
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - (Foto)
-
Misirdə qatar qəzasında ölənlərin sayı 7-yə çatıb
-
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb - (Foto)
-
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - (Foto)
-
“Müsəlman Birliyi Hərəkatı" üzvləri Almaniyadan deportasiya olunacaq – məntiq və qanun bunu tələb edir - (Video)
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan Vətən Müharibəsi Qəhrəmanları və ordenlərlə təltif olunmuş hərbçilərlə görüşüblər - (Video)
-
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
-
Cem Uslu “Eşref Tek”də rol alacaq - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Rəcəb Tayyib Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - (Video)





