Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanlı gənc vokal ifaçı, Azərbaycan Respublikasının Xalq artisti, professor Gülnaz İsmayılovanın tələbəsi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İfaçılıq fakültəsinin "Solo oxuma (akademik vokal)" ixtisası üzrə IV kurs tələbəsi Ləman Babazadə, Gürcüstanın Batumi şəhərində keçirilən "Black Sea International Festival 'Batumian Rhapsody'" çərçivəsində təşkil olunan III International Vocal Competition "The Opera's Golden Voice" beynəlxalq vokal müsabiqəsində uğurla iştirak edərək final mərhələsinə yüksəlib və Aleksandre Khomeriki adına nominasiya üzrə mükafata layiq görülüb. Səfər Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin dəstəyi ilə təşkil olunub.
Ləman Babazadə müsabiqənin bir neçə mərhələsini uğurla keçərək finala vəsiqə qazanan iştirakçılar sırasında yer alıb və Aleksandra Xomeriki adına nominasiyada mükafata layiq görülüb. Onun beynəlxalq səhnədə çıxışı vokal hazırlığının səviyyəsini, səhnə mədəniyyətini və peşəkarlığını beynəlxalq münsiflər heyəti qarşısında nümayiş etdirmək üçün mühüm imkan olub.
"Black Sea International Festival 'Batumian Rhapsody'" və onun çərçivəsində keçirilən "The Opera's Golden Voice" beynəlxalq vokal müsabiqəsinin Founder and President-i, tanınmış gürcü opera müğənnisi, vokal pedaqoqu və beynəlxalq səviyyəli sənətçi Tamar Iveridir. Tamar Iveri festivalın yaradıcı və təşkilati istiqamətinin formalaşdırılmasında, gənc vokal ifaçıların beynəlxalq səhnədə bir araya gətirilməsində və opera sənətinin inkişafına töhfə verilməsində mühüm rol oynayır.
Festivalın rəsmi proqramına əsasən, "Black Sea International Festival 'Batumian Rhapsody'" Batumidə müxtəlif ölkələrdən olan vokal ifaçılarını, musiqiçiləri, opera sənəti nümayəndələrini və gənc istedadları bir araya gətirən beynəlxalq musiqi platforması kimi təşkil olunub.
Beynəlxalq vokal müsabiqəsində Gürcüstan, Azərbaycan, İran, Rusiya, İtaliya, Almaniya, İspaniya, Türkiyə, Amerika Birləşmiş Ştatları (USA) və Koreya Respublikası (Republic of Korea) daxil olmaqla müxtəlif ölkələrdən iştirakçılar öz vokal və səhnə bacarıqlarını nümayiş etdiriblər. Müsabiqə müxtəlif ölkələri və fərqli musiqi məktəblərini təmsil edən gənc ifaçıların peşəkar mühitdə bir araya gəlməsi, öz istedadlarını beynəlxalq səviyyədə təqdim etməsi və yeni yaradıcılıq əlaqələri qurması baxımından əhəmiyyətli platforma olub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
Komaya düşən əməkdar artistin son vəziyyəti açıqlandı
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."
XƏBƏR LENTİ
-
Həbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı - (Foto)
-
Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdır
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
-
Uşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu - Valideynlər bunları bilməlidir
-
Tanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu var
-
Hava yenidən pisləşir - Xəbərdarlıq
-
ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
-
İran ABŞ-ın daha bir PUA-sını vurdu
-
Ərdoğan Azərbaycanı təbrik edib - (Foto)
-
Hakan Fidan Azərbaycan-Ermənistan arasında sülh danışıqları barədə danışıb
-
ABŞ kosmosda silah yerləşdirdi - Məqsəd nədir?
-
Cəlilabadda yaşayış evində yanğın oldu
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Video)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
İki ayağını itirən qazimizin nişanından görüntülər - (Video)
-
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
-
Elza Seyidcahan illər sonra “tort qalmaqalı”ndan danışdı - Sirr açıldı - (Video)
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər
-
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Aftandil Qurbanov vəfat etdi
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?





