Komaya düşən əməkdar artistin son vəziyyəti açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Komaya düşən Əməkdar artist Sevda Saleh Məmmədzadənin son vəziyyəti açıqlanıb.
Milli.Az xəbər verir ki, bu barədə diktorun qızı Gültən Ramazanova Musavat.com-a açıqlama verib. O bildirib ki, anasının vəziyyəti ağırdır.
Onun sözlərinə görə, Sevda Saleh Məmmədzadə iki gün əvvəl süni tənəffüs aparatına qoşulub:
"Mən səhər saat 1-ə qədər onun yanında idim. Sonra evə gəldim ki, yemək bişirib aparım. Saat 5 radələrində zəng etməyə başladım, lakin telefonuna zəng çatmadı. Sonra ev telefonuna xeyli zəng etdim, cavab verən olmadı. Nigaran qalıb evə gəldim. Məndə də açar var idi, amma o, açarı daxildən qapının üzərində saxladığı üçün çöldən qapını aça bilmədim.
Məcbur qalıb Fövqəladə Hallar Nazirliyini, polisi və təcili tibbi yardımı çağırdıq. Onlar da öz növbəsində prokurorluğu məlumatlandırdılar. Axşam saat 11 radələrində qapını açdıqda, anamı eyvanla mətbəx arasındakı qapıların arasında, yerdə sıxılmış vəziyyətdə tapdıq.
Məlum oldu ki, beyin işemiyasının (insultun) ən ağır formasını keçirib. Təcili tibbi yardım onu Babək prospektində yerləşən Nizami Tibb Mərkəzinə apardı. Ora çatan kimi MRT və rentgen müayinələrindən keçirdik, çünki qolunda göyərti var idi və sol ayağını tərpədə bilmirdi. Müayinə zamanı məlum oldu ki, həmin ərəfədə beyninə qan sızıb. Onu dərhal reanimasiya şöbəsinə yerləşdirdilər.
Ayın 3-ü və ya 4-ü mənə icazə verdilər, reanimasiyaya qalxıb anamı gördüm. Özündə deyildi, gözləri bağlı idi, səsimi eşidib ağlayırdı, amma tam şüurlu vəziyyətdə deyildi.
Mən hər gün xəstəxanaya gedib-gəlir, həkimlərlə əlaqə saxlayır və lazımi ehtiyaclarını qarşılayıram. Srağagün gecə vəziyyəti daha da ağırlaşıb və ikinci aparata qoşulub. Həkimlərin növbəti konsiliumu olacaq və müalicə ilə bağlı qərar verəcəklər. Hazırda vəziyyəti çox ağırdır".
Qeyd edək ki, Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Komaya düşən əməkdar artistin son vəziyyəti açıqlandı
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
XƏBƏR LENTİ
-
Kilosu 70 qəpikdir, faydası isə saymaqla bitmir
-
Mbappe Ardadan danışdı: “1 saniyə göz-gözə gəlməyimiz kifayətdir”
-
Məşhur müğənnini daşıyan təyyarə alovlara büründü - (Video)
-
Xalq artistinin ailəsində xoş gün - (Video)
-
TDT Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə baş tutacaq
-
Bakıda “Mercedes” piyadanı vuraraq öldürdü
-
Bakıda TDT-yə üzv ölkələrin Müsəlman Dini İdarələri rəhbərlərinin VII görüşü keçirilir
-
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
-
Komaya düşən əməkdar artistin son vəziyyəti açıqlandı
-
BDYPİ sürücülərə müraciət etdi
-
Tanınmış aparıcı canlı yayımda qardaşının ölüm xəbərini aldı - (Video)
-
"Brent" bahalaşdı
-
Burak Özçivitə gözlənilməz etiraf: "Arvadımı sizə qısqanırdım" - (Video)
-
Bakının bu yollarında tıxac var
-
Metroda qatarlar 15 dəqiqədir hərəkətsiz qalıb - Səbəb - (Yenilənib)
-
Su şüşələrindəki xətlərin səbəbi bəlli oldu
-
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
-
Nə elektrik, nə də qaz: Karton qutu ilə yemək bişirməyin yolunu tapdılar
-
İlqarə necə arıqladığını açıqladı
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman





