Nə elektrik, nə də qaz: Karton qutu ilə yemək bişirməyin yolunu tapdılar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İtaliyada tədqiqatçılar istifadə edildikdən sonra tullantıya çevrilən karton qutuları günəş enerjisi ilə işləyən daşınan sobalara çeviriblər. Hazırlanan sadə sistem sayəsində hər hansı bir elektrik və ya yanacaq istifadə etmədən yemək bişirmək və su qızdırmaq mümkün olur.
Milli.Az xəbər verir ki, xüsusilə fəlakət zonaları və humanitar yardım düşərgələri üçün hazırlanmış sistem kənardan elektrik, qaz və ya ənənəvi yanacağa ehtiyac duymur. Karton qablaşdırmanın əks etdirici səthlə örtülməsi sayəsində günəş şüaları müəyyən bir nöqtədə cəmləşdirilərək yaranan istilik yemək hazırlamaq üçün istifadə olunur.
Tədqiqatçılar sistem üçün yardım bölgələrinə göndərilən mətbəx dəstlərinin karton qablaşdırmalarından istifadə ediblər. Qutu kəsilib qatlandıqdan və daxili səthi işığı əks etdirəcək şəkildə örtüldükdən sonra günəş şüalarını qazanın olduğu nöqtəyə istiqamətləndirən bir qurğuya çevrilir. Tədqiqat çərçivəsində fərqli həndəsi formalara malik bir neçə prototip hazırlanıb. Aparılan müqayisələrdə xüsusilə parabolik dizaynın günəş enerjisini toplama və istiliyə çevirmə konusunda daha uğurlu olduğu görülüb.
Hazırlanan qurğu təkcə yeməklərin qızdırılması və bişirilməsi üçün istifadə olunmur. Günəşdən əldə edilən istiliklə su qaynatmaq mümkündür, həmçinin çay və göllərdən götürülən suyun istilik yolu ilə daha təhlükəsiz hala gətirilməsi də sistemin hədəflənən istifadə sahələri arasındadır.
Sistemin diqqət çəkən tərəflərindən biri də humanitar yardım bölgələrində ortaya çıxan qablaşdırma tullantısını yenidən qiymətləndirməsidir. Çadır, mətbəx avadanlığı və digər yardım materialları bölgəyə çatdırıldıqdan sonra geridə qalan karton qablaşdırmalar bu üsulla birbaşa istifadə oluna bilən bir alətə çevrilə bilir.
Tədqiqatçılar bu sayədə həm karton tullantı miqdarının azaldıla biləcəyini, həm də odun, kömür, qaz və ya elektrik enerjisinə çıxışın məhdud olduğu bölgələrdə yemək bişirmək üçün alternativ bir üsul təmin oluna biləcəyini qeyd edirlər. Sistemin sadə, daşınan və mövcud qablaşdırma materialından istehsal oluna bilməsi də fəlakət və yardım bölgələrində istifadəsini asanlaşdıra biləcək xüsusiyyətlər arasında göstərilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Nə elektrik, nə də qaz: Karton qutu ilə yemək bişirməyin yolunu tapdılar
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
Unsuz kokoslu peçenye resepti
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
XƏBƏR LENTİ
-
Nə elektrik, nə də qaz: Karton qutu ilə yemək bişirməyin yolunu tapdılar
-
İlqarə necə arıqladığını açıqladı
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)





