Maraqlı

HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'

14 Sentyabr 2026 00:31
Baxış: 259
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İş görüşmələrində uğurlu olmaq qarşınızdakı şəxsi və mühiti düzgün təhlil edə bilməkdən keçir.

Milli.Az xəbər verir ki, İnsan Resursları Mütəxəssisi Pamela Meyerə görə, işə qəbul səlahiyyətliləri namizədləri qiymətləndirərkən sadəcə verilən cavabları deyil; göz təması və baş sallamaq kimi sözsüz bədən dili ipuclarını da nəzərə alırlar. Meyer müsahibədə önə çıxaran və namizədlərin işə qəbul olunma şansını birbaşa artıran 4 tənqidi addımı belə sıralayır:

"Mən" əvəzinə "biz" deməyə başlayın
Uğurlarınızdan danışarkən "mən" əvəzinə "biz" kimi cəm əvəzliklərdən istifadə etmək sizi daha əməkdaşlığa meyilli və uyumlu göstərir. Müsahibə götürənlər fərdi uğurlardan çox namizədlərin komanda daxilində necə işləyəcəyinə diqqət yetirirlər.

Şəxsi suallarda mövzunu nəzakətlə dəyişdirin
Ailəniz və ya şəxsi həyatınız haqqında uyğunsuz bir sual veriləndə gərginlik yaratmaq və ya ehtiyacdan artıq detal vermək əvəzinə, söhbəti nəzakətlə başqa mövzuya yönəldin. Meyerə görə, çox danışıb detallara qərq olmaq əvəzinə, az və öz danışaraq mesaj vermək təsir gücünü artırır.

Danışıq sürətinizi yavaşıdın
Cümlə aralarındakı "ııı" və ya "şey" kimi lazımsız sözləri azaltmaq özünüzdən əmin olduğunuzu göstərir. Sualları cavablandırmadan əvvəl danışıq sürətinizi bilərəkdən yavaşıtmaq nəzarəti əlinizdə saxlamağınızı təmin edir. Həmçinin "Burada daha vacib olan nöqtə odur ki..." kimi güclü keçid cümlələrindən istifadə etmək ifadənizi zənginləşdirir.

Yaddaqalan bir sual verin
Müsahibənin əvvəlində etdiyiniz səhvləri təsirli bir bitişlə kompensasiya edə bilərsiniz. Davamlı baş sallayıb həyəcanlı görünmək əvəzinə, görüşün sonunda şirkət və ya vəzifə ilə bağlı ağıllı bir sual vermək özünəinamınızı ortaya qoyur. Sualınızı verin və mövzunu nəzakətli şəkildə bağlayın.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.