65 və 82 faizli yağlar eyni deyil - Harada istifadə etmək lazımdır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kərə yağında yağlılıq faizinin cəmi bir neçə faiz fərqlənməsi belə onun dadına, teksturasına və xüsusilə də bişirmə nəticəsinə ciddi təsir edə bilər.
Milli.Az lent.az-a istinadən bildirir ki, kərə yağlarının əsas fərqi onların tərkibindəki suyun miqdarıdır. Məhsulda su nə qədər az olarsa, yağlılıq və dad bir o qədər yüksək olur.
Kərə yağı südün maye hissəsindən süd yağının ayrılması yolu ilə hazırlanır. Məhz yağ və su nisbəti məhsulun hansı yeməklər üçün daha uyğun olduğunu müəyyən edir.
Məlumata əsasən, əsl kərə yağında 80-90 faiz süd yağı, maksimum 16 faiz isə su olmalıdır. Yağlılıq faizi bundan aşağı olan məhsullar texniki baxımdan başqa kateqoriyalara aid edilir, baxmayaraq ki, gündəlik həyatda onlar da tez-tez"kərə yağı adlandırılır.
65 faiz, yoxsa 82 faiz - hansını seçmək lazımdır?
65 faiz yağlı məhsulda suyun miqdarı daha çoxdur. 82 faiz yağlı kərə yağında isə süd yağının konsentrasiyası yüksək olur. Bu fərq xüsusilə də dəqiq ölçülər tələb edən şirniyyat reseptlərində böyük əhəmiyyət daşıyır.
Tort, peçenye, tartalet, kruassan, qat-qat xəmir və ovulan xəmir hazırlamaq üçün 82 faiz yağlı kərə yağı daha uyğun hesab edilir.
Tərkibində suyun az olması xəmirin daha zərif və zəngin dada malik olmasına, eyni zamanda sobada bərabər qalxmasına və qızarmasına kömək edir.
Təxminən 65 faiz yağlı məhsullar isə gündəlik istifadə üçün daha münasibdir. Onlardan sendviçlərdə, omlet hazırlayarkən və bəzi məhsulları qızardarkən istifadə etmək olar.
Lakin şirniyyat reseptlərində 82 faiz yağlı kərə yağını 65 faizli məhsulla əvəz etmək məsləhət görülmür. Bu halda xəmirin teksturası və hazır məhsulun nəticəsi gözləniləndən fərqli ola bilər.
Mütəxəssislər bişirmə zamanı duzsuz kərə yağından istifadə etməyi də tövsiyə edirlər. Bu, hazır yeməkdə duzun miqdarını daha dəqiq nəzarətdə saxlamağa imkan verir.
Əgər reseptdə xüsusi olaraq 80-82 faiz yağlı kərə yağı göstərilibsə, onu daha az yağlı məhsulla əvəz etmək həm teksturaya, həm də yeməyin yekun nəticəsinə təsir edə bilər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
"Qalatasaray" böyük hesabla qələbə qazandı
-
Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər (Foto-Video)
-
Qaralmış gümüşü ovmadan təmizləyən üsul
-
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
-
Bəy şadlıq sarayına çatmamış yuxuya getdi – (Video)
XƏBƏR LENTİ
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
-
"Qalatasaray" böyük hesabla qələbə qazandı
-
Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər (Foto-Video)
-
Qaralmış gümüşü ovmadan təmizləyən üsul
-
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
-
Bəy şadlıq sarayına çatmamış yuxuya getdi – (Video)
-
Üç bürc üçün çox xoşbəxt dövr başlayır
-
Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar
-
Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
-
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - (Video)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı - (Video)
-
Zaqatalada qaz olmayacaq
-
Tovuzda ağır qəza - 4 nəfər xəsarət alıb - (Foto)
-
Günün qoroskopu: Ruhi gərginlik bu gün sizə üstün gələ bilər
-
Qızılın qiyməti xeyli ucuzlaşdı
-
"Bir qığılcım düşsə bütün bina yanacaq" - (Video)
-
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
-
Arif Əfəndiyev vəfat edib - (Foto)





