İqtisadiyyat

Qızılın qiyməti xeyli ucuzlaşdı

30 Oktyabr 2026 23:53
Baxış: 281
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Comex" birjasında dekabr ayında tədarük ediləcək qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 3 900 dollardan aşağı düşüb.

Milli.Az xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında qeyd olunub.

Bakı vaxtı ilə saat 21:08-də qızılın qiyməti 3.27% azalaraq bir trua unsiyası üçün 3 899.60 dollar təşkil edib.

Saat 21:13-də isə qızıl füçerslərinin qiymətində eniş sürətlənib. Göstərici 3.3% azalaraq 3 898.4 dollara düşüb.

Bu, 2025-cı il noyabrın 3-dən bəri qeydə alınan ən aşağı qiymətdir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.