İdman

İslam Rəhimov ardıcıl ikinci dəfə U-23 Avropa çempionu olub

30 Oktyabr 2026 20:49
Baxış: 303
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İtaliyanın Neapol şəhərində keçirilən cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvü İslam Rəhimov qızıl medal qazanıb.

Bu barədə Azərbaycan Cüdo Federasiyasından Milli.Az-a məlumat verilib.

"-66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ardıcıl olaraq Kristian Butuçini (Xorvatiya), Aleksi Renarı (Fransa) və yarımfinalda Qaqik Martirosyanı (Ukrayna) məğlub edərək finala yüksəlib.

Həlledici görüşdə Rəhimov Niderland təmsilçisi Yoxem van Hartenə ipponla qalib gələrək Avropa çempionu adını qazanıb.

İslam Rəhimov bununla ardıcıl ikinci dəfə U-23 Avropa çempionatının qalibi olub. Cüdoçumuz 2025-ci ildə də eyni çəki dərəcəsində qızıl medala sahib çıxmış, finalda məhz Yoxem van Harteni üstələmişdi.

Neapolda keçirilən fərdi yarışlarda 36 ölkədən 275 cüdoçu iştirak edir", - deyə məlumatda bildirilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.