Ölkə

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

30 Oktyabr 2026 19:19
Baxış: 342
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək.

Milli.Az xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonunda istilik mövsümü noyabrın 1-dən 2027-ci il mayın 1-dək davam edəcək.

Qeyd olunub ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 29 oktyabr 2026-cı il tarixli sərəncamına əsasən, noyabrın 1-dən şəhərdəki bütün fərdi və mərkəzləşdirilmiş qazanxanaların fəaliyyəti təmin ediləcək.

Beləliklə, noyabrın 1-dən etibarən Naxçıvan şəhərində istilik təchizatına başlanılacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.