Azərbaycan Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılıb - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Milli Xalça Muzeyində "Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ Duy" layihəsi çərçivəsində "Xalçalar diyarı" adlı sərgi açılıb.
Sərgi Azərbaycan xalça sənətinin zəngin irsini müasir bədii yanaşmalarla bir araya gətirərək ənənə ilə innovasiya arasındakı yaradıcı dialoqu nümayiş etdirir.
Ekspozisiyada Azərbaycan Milli Xalça Muzeyinin banisi, görkəmli alim, Xalq rəssamı Lətif Kərimovun irsi, müasir rəssamlar Mədinə və Nərmin Nəcəffin, eləcə də xalça mütəxəssisi Yaşar Malfouzinin əsərləri təqdim olunur.
Lətif Kərimovun 120 illik yubileyi münasibətilə sənətkarın müəllifi olduğu iki eskiz əsasında ilk dəfə toxunmuş relyefli ipək xalçalar sərginin diqqətçəkən nümunələri sırasında yer alır. Onun zəngin yaradıcılıq irsinə müasir baxış Azərbaycan Milli Xalça Muzeyi və HUG.art platformasının birgə təşkilatçılığı ilə keçirilən rəqəmsal sənət müsabiqəsinin qaliblərinin əsərləri ilə davam etdirilir.
Ekspozisiyada Mədinənin və Nərmin Nəcəffin rəsm əsərləri əsasında toxunmuş yeni xalçalar da yer alır. Bu əsərlər təsviri sənətlə ənənəvi toxuculuq arasında mükəmməl yaradıcı əlaqəni, xalçanın müasir bədii ifadə vasitəsi kimi geniş imkanlarını nümayiş etdirir.
Sərgidə həmçinin Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında qorunan XIX əsr nümunəsi olanBakıya aid "Quşlu" xalçası əsasında hazırlanmış relyefli xalça, eyni zamanda, Yaşar Malfouzinin müəllifi olduğu iki relyefli xalça təqdim olunur.
"Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ Duy" layihəsi çərçivəsində Əməkdar rəssam Faiq Əhmədin muzeydə davam edən "Faiq Əhməd: 2011-2024-cü illər dövrü" sərgisi də 3 yeni əsərlə zənginləşdirilib.
Sərgi noyabrın 29-dək davam edəcək.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılıb - (Foto)
-
Zaur Rzayevin dəfn yeri açıqlandı
-
Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı – 100 illik yubiley gecəsi - (Foto)
-
Eliso Bolkvadze və Maya Tabaqari Akademik Milli Dram Teatrının qonağı olub - (Foto)
-
“Sənət dialoqu” layihəsi çərçivəsində Xaçmazda Xalq artisti Elçin Həşimovla görüş keçirilib - (Foto)
-
Lev Dodin Bakıya özünün “Qağayı” tamaşasını gətirib: Yelizaveta Boyarskaya və İqor Çerneviç Azərbaycandan təəssüratlarını bölüşüblər - (Foto)
XƏBƏR LENTİ
-
Hadisə səhnə geyimi ilə yenidən gündəmdə - (Video)
-
Mürvət Həsənli "Tərəqqi" medalı ilə təltif edilib
-
Hörmüz boğazında iki tankerdə yanğın baş verdi
-
Şəbnəm Tovuzlu: "Keçmiş baldızımla bacı kimiyəm"
-
Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
-
Azərbaycan Kubokunda qol rekordu: 18 oyunda 107 qol vuruldu
-
Azərbaycan Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılıb - (Foto)
-
Ermənistan sülh üçün zəruri addımlar atmalıdır - Ceyhun Bayramov
-
Prezident İlham Əliyev kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif edib
-
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
-
Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub - (Yenilənib)
-
30 həşərata 22,7 min manat ödənildi - Ölkəmizə gətirilmə səbəbi açıqlandı
-
Fanatı əməkdar artistə çətin anlar yaşatdı: "Ev ünvamı da tapıb" - (Video)
-
Fransada komendant saatı elan edildi
-
Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı - (Yenilənib/Video)
-
Gömrük orqanlarında əməkdaşların rotasiyası üçün hüquqi əsas yaradılır
-
Şəhid Raqif İsayevin anası vəfat etdi
-
Dövlət Dəniz Akademiyasının idarəçiliyi ona həvalə edildi
-
Rusiyada siçan qızdırması yayılır: 1500-dən çox yoluxma qeydə alındı
-
Media və Yayım Şurasında Liberiyanın informasiya nazirinin müavini ilə ikitərəfli görüş keçirilib - (Foto)
-
“Var Mısın Yok Musun”da Zeynəbin gülüşü diqqət çəkdi - (Video)
-
Bakıda 55 min manata yaxın dələduzluq - Saxlanılan var
-
Ermənistan yanacağı hansı ölkələrdən gətirir?
-
İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər





