Hadisə

Bakıda 55 min manata yaxın dələduzluq - Saxlanılan var

30 Oktyabr 2026 15:02
Baxış: 326
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakının Nəsimi rayonunda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.

Milli.Az xəbər verir ki, vətəndaşlardan birinin dələduzluğa məruz qalması barədə polisə müraciət daxil olub və keçirilən tədbirlərlə qeyd olunan əməli törədən C.Nəcəfov müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, C.Nəcəfov zərərçəkmişlə əlaqə yaradaraq onun oğluna hüquqi yardım göstərəcəyi vədini verərək zərərçəkmişdən 54 900 manat alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.