Sürücülərin telefonla danışması kameralarla qeydə alınacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda sükan arxasında telefonu əlində saxlayaraq istifadə edən sürücülərin pozuntusu foto və video qeydiyyat vasitələri ilə qeydə alınacaq.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Məlum olduğu kimi, bəzi inzibati xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilə bilir və bu zaman icraatın aparılması qaydası ənənəvi icraatın aparılmasından fərqli qaydada həyata keçirilir.
Hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə görə, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə edilir.
Həmçinin, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə fiziki şəxslər 30 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.
Qanun layihəsində nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinin və müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasının da foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi təklif edilir.
Sadə dillə desək, sürücünün nəqliyyat vasitəsini idarə edərkən telefonu əlində saxlayaraq istifadə etməsi foto və ya video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrlə aşkar edilə biləcək və sürücü bu əmələ görə 50 manat cərimələnəcək.
Eyni zamanda, nəqliyyat vasitələrində müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya reklamın yerləşdirilməsi qaydalarını pozmaqla reklam yayılması da həmin texniki vasitələrlə qeydə alına biləcək.
Qeyd edək ki, qanun layihəsində həmçinin nəqliyyat vasitələrində müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya reklamın yerləşdirilməsi qaydalarını pozmaqla reklam yayılmasına görə cərimələrin azaldılması təklif edilir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
-
“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıq: "Qəbul edə bilmədim"
-
Atasının ölümündən sonra bu fotonu paylaşdı
-
Günel Zeynalova ilə Vüsalə Əlizadə qohum oldu - (Foto)
-
Sürücülərin telefonla danışması kameralarla qeydə alınacaq
-
Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa edilir
XƏBƏR LENTİ
-
İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
-
İsrail 450 gün sonra jurnalisti azad etməyə məcbur oldu
-
“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıq: "Qəbul edə bilmədim"
-
Atasının ölümündən sonra bu fotonu paylaşdı
-
Günel Zeynalova ilə Vüsalə Əlizadə qohum oldu - (Foto)
-
Sürücülərin telefonla danışması kameralarla qeydə alınacaq
-
Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa edilir
-
“Fənərbağça”dan Messiyə gözlənilməz təklif
-
Əli Əsədov işçi sayı və maaşlarla bağlı qərar imzaladı
-
Heydər Əliyevin kapitan rütbəsi verdiyi Xalq artisti: Zaur Rzayev kim idi? - (Foto)
-
Astarada torpaq sürüşməsi oldu
-
Zərdabda ağır qəza: Dörd nəfər xəstəxanaya yerləşdirildi
-
Noyabrda hava kəskin dəyişəcək - Xəbərdarlıq edildi
-
Rusiyaya qarşı 1569 sanksiya: Brüsselin böyük səhvi üzə çıxdı
-
Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
-
Salyanda məktəbə “Molotov kokteyli” atıldı
-
Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq
-
Bəzi həkimlərə xüsusi rütbələr veriləcək
-
Oktyabrın son gününə olan hava proqnozu açıqlanıb
-
Hacı Nazim: "1 həftə idi nişanım olmuşdu, atamı toya yola saldıq, pilləkandan yıxılıb öldü" - (Video)
-
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
Zaur Rzayevin oğlu: "Bu, atamın vəsiyyətidir, hörmətlə yanaşın"
-
Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
Azərbaycanda yeni qurum yaradılır





