30 həşərata 22,7 min manat ödənildi - Ölkəmizə gətirilmə səbəbi açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycana 2026-cı ilin yanvar-avqust aylarında 85,9 milyon ədəd diri həşərat idxal edilib. Onların ümumi gömrük dəyəri 242,4 min manat olub.
Milli.Az xəbər verir ki, həşəratlar Rusiya, Mərakeş, Belçika, Türkiyə və Niderlanddan gətirilib. İdxalın böyük hissəsi Rusiyanın payına düşüb.
Niderlanddan cəmi 30 həşərat gətirilsə də, onların ümumi gömrük dəyəri 22,7 min manat olub. Beləliklə, bir həşəratın orta gömrük dəyəri təxminən 757 manat təşkil edib.
Bəs bu həşəratlar nə üçün gətirilib?
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, cari ilin ötən dövrü ərzində ölkəmizə Rusiya, İsrail, Türkiyə və Belçikadan kənd təsərrüfatında istifadə olunan faydalı həşəratların, o cümlədən arıların idxalı həyata keçirilib.
Verilən məlumata görə, qeyd olunan həşəratlardan kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı bioloji mübarizənin aparılması, bitkilərin tozlanmasının təmin edilməsi, məhsuldarlığın artırılması məqsədilə istifadə olunur:
"Həmin həşəratların ölkəyə idxalı zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq baytarlıq və fitosanitar nəzarət tədbirləri həyata keçirilir. Bu çərçivədə idxal olunan həşəratların müşayiətedici sənədləri, mənşəyi və təyinatı yoxlanılır, həmçinin müvafiq laborator müayinələr aparılır".
Müəllif: Mina Mikayılova
DİGƏR XƏBƏRLƏR
-
Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
-
Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub - Sərəncam
-
30 həşərata 22,7 min manat ödənildi - Ölkəmizə gətirilmə səbəbi açıqlandı
-
Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı - (Yenilənib/Video)
-
Gömrük orqanlarında əməkdaşların rotasiyası üçün hüquqi əsas yaradılır
-
Media və Yayım Şurasında Liberiyanın informasiya nazirinin müavini ilə ikitərəfli görüş keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Şəbnəm Tovuzlu: "Keçmiş baldızımla bacı kimiyəm"
-
Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
-
Azərbaycan Kubokunda qol rekordu: 18 oyunda 107 qol vuruldu
-
Azərbaycan Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılıb - (Foto)
-
Ermənistan sülh üçün zəruri addımlar atmalıdır - Ceyhun Bayramov
-
Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub - Sərəncam
-
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
-
Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub - (Yenilənib)
-
30 həşərata 22,7 min manat ödənildi - Ölkəmizə gətirilmə səbəbi açıqlandı
-
Fanatı əməkdar artistə çətin anlar yaşatdı: "Ev ünvamı da tapıb" - (Video)
-
Fransada komendant saatı elan edildi
-
Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı - (Yenilənib/Video)
-
Gömrük orqanlarında əməkdaşların rotasiyası üçün hüquqi əsas yaradılır
-
Şəhid Raqif İsayevin anası vəfat etdi
-
Dövlət Dəniz Akademiyasının idarəçiliyi ona həvalə edildi
-
Rusiyada siçan qızdırması yayılır: 1500-dən çox yoluxma qeydə alındı
-
Media və Yayım Şurasında Liberiyanın informasiya nazirinin müavini ilə ikitərəfli görüş keçirilib - (Foto)
-
“Var Mısın Yok Musun”da Zeynəbin gülüşü diqqət çəkdi - (Video)
-
Bakıda 55 min manata yaxın dələduzluq - Saxlanılan var
-
Ermənistan yanacağı hansı ölkələrdən gətirir?
-
İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
-
İsrail 450 gün sonra jurnalisti azad etməyə məcbur oldu
-
“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıq: "Qəbul edə bilmədim"
-
Atasının ölümündən sonra bu fotonu paylaşdı





