İdman

Azərbaycan Kubokunda qol rekordu: 18 oyunda 107 qol vuruldu

30 Oktyabr 2026 16:27
Baxış: 344
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan kubokunun 2026/27-ci illər mövsümündə daha bir məhsuldarlıq rekordu qeydə alınıb.

Peşəkar Futbol Liqasından Milli.Az-a bildirilib ki, II təsnifat mərhələsinin 12 matçında 71 qol vurulub.

Bu, indiki formatda keçirildiyi dövr üçün bu mərhələnin ən yüksək göstəricisidir. 2023/2024-cü illər mövsümündə 41 (11 oyun), 2024/2025-ci illər mövsümündə 55 (11 oyun), 2025/2026-cı illər mövsümündə 49 qol (12 oyun) qeydə alınmışdı. Cari mövsümdə bu mərhələnin orta məhsuldarlığı 5,92-yə bərabər olub.

Ölkə kubokunun 34 illik tarixində orta göstəricidə ən məhsuldar raund olan I təsnifat mərhələsinin 6 oyununda 36 qolun vurulduğunu nəzərə alsaq, mövsümdəki qol sayı 100-ü keçib. Baş tutan 18 görüşdə 107 qol vurulub. Orta məhsuldarlıq 5,77-yə bərabərdir.

Bu, indiki formatda keçirilən turnirin təsnifat mərhələləri üçün rekorddur. 1/8 finala qədər keçirilən 18 oyunda 2023/2024-cü illər mövsümündə 58, 2024/2025-ci illər mövsümündə 80, 2025/2026-cı illər mövsümündə 72 qol qeydə alınmışdı.

Qeyd edək ki, bu mərhələdə "Şimal" - "Araz-Naxçıvan" (0:6), "Marafon" - "Zaqatala" (1:0), "İmişli" - "Qaradağ Lökbatan" (4:1), "Kür-Araz" - "Sumqayıt" (0:11), "Qəbələ" - "Mingəçevir" (3:0), MOİK - "Şahdağ Qusar" (1:9), "Xankəndi" - "Gəncəbasar" (2:3), "Hypers" - "Şamaxı" (1:5), "Şəfa" - "Ağstafa Gəncləri" (9:2), "Zəngəzur" - "Karvan-Yevlax" (1:4), "Səbail" - "Zirə" (2:2, p.2:3), "Kəpəz" - "Baku Sportinq" (3:1) matçları keçirilib.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.