ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ hakimiyyəti Ukraynaya "Patriot PAC-3" zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti və Pentaqonun xarici ölkələrə hərbi texnika satışına cavabdeh olan müvafiq qurumu məlumat yayıb.
Bəyanatda vurğulanıb ki, satınalma tamamilə ABŞ-ın tərəfdaşları və müttəfiqləri tərəfindən maliyyələşdiriləcək. Tədarükə PAC-3 raketləri üçün məxfi və məxfi olmayan ehtiyat hissələri, eləcə də digər maddi-texniki təminat və proqram təminatı elementləri daxil olacaq.
Vaşinqtonun qiymətləndirməsinə görə, bu saziş Avropada siyasi və iqtisadi sabitlik amili olan tərəfdaş ölkənin təhlükəsizliyini gücləndirməklə ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə xidmət edəcək.
ABŞ hakimiyyətinin məlumatına görə, Ukrayna raketlərin dəyərini Kanada, Almaniya və Norveçin ayırdığı vəsaitlər, həmçinin Avropa İttifaqının krediti hesabına ödəyəcək. Sənəddə xüsusi olaraq qeyd olunub ki, sövdələşmədə ABŞ-ın maliyyə vəsaitlərindən istifadə edilməyəcək.
Bildirilib ki, bu satış Ukraynanın inteqrasiya olunmuş hava hücumundan və raket hücumlarından müdafiə imkanlarını gücləndirərək mövcud və gələcək təhdidlərə qarşı müqavimət qabiliyyətini artıracaq.
Raketlərin tədarükünü Pentaqonun əsas podratçılarından biri olan "Lockheed Martin" şirkəti həyata keçirəcək.
Bəyanatda həmçinin qeyd olunub ki, sazişin icrası üçün Ukraynaya ABŞ hökumətinin və ya podratçı şirkətin əlavə nümayəndələrinin göndərilməsinə ehtiyac olmayacaq. Sövdələşmə ABŞ Silahlı Qüvvələrinin döyüş hazırlığına da mənfi təsir göstərməyəcək.
ABŞ administrasiyası artıq qəbul edilmiş qərar barədə Konqresi məlumatlandırıb. Qanunverici orqanın sazişi nəzərdən keçirmək və mümkün bloklamaq üçün 30 günü var.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı
-
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
-
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
-
Hörmüz boğazında iki tankerdə yanğın baş verdi
-
Fransada komendant saatı elan edildi
-
Rusiyada siçan qızdırması yayılır: 1500-dən çox yoluxma qeydə alındı
XƏBƏR LENTİ
-
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
-
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - (Video)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı
-
Zaqatalada qaz olmayacaq
-
Tovuzda ağır qəza - 4 nəfər xəsarət alıb - (Foto)
-
Günün qoroskopu: Ruhi gərginlik bu gün sizə üstün gələ bilər
-
Qızılın qiyməti xeyli ucuzlaşdı
-
"Bir qığılcım düşsə bütün bina yanacaq" - (Video)
-
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
-
Arif Əfəndiyev vəfat edib - (Foto)
-
“Yeraltı”nın cütlüyündən ilk romantik (Foto)
-
Roman Abramoviç Bakıdadır - (Foto)
-
Torpaq sürüşməsi fəsadlara yol açdı - (Video)
-
Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo barədə qərar verib
-
Londonda Azərbaycan səfirliyi qarşısında İran agentlərinin təxribatı - (Foto/Video)
-
Azərbaycanda sahibkarın meyiti öz həyətində tapıldı - (Foto)
-
“Başkalarının hayatı” yayımlanmayacaq
-
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
-
Sabah Şahbuzda işıq olmayacaq
-
"Əl-Nəsr"dən Ronaldonu istədilər
-
İslam Rəhimov ardıcıl ikinci dəfə U-23 Avropa çempionu olub
-
"Sabah"ın bu mövsümdə ilk məğlubiyyəti
-
Hidayət Heydərov bürünc medal qazandı





