Yataraq 2 milyon qazanacaqlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Yatmaqla pul qazanmaq" ideyası Yaponiyada reallığa çevrilir. Tokioda keçiriləcək qeyri-adi yarışmada iştirakçılar 90 dəqiqə ərzində ən yüksək keyfiyyətli yuxuya getmək uğrunda mübarizə aparacaqlar.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Mattrace by Koala" adlı tədbirin qalibinə 2 milyon 220 min yen, yəni təxminən 14500 dollar (təxminıən 25 min manat) mükafat veriləcək.
Yarış zamanı iştirakçıların yuxu dərinliyi, keyfiyyəti, yuxuya getmə müddəti və yuxunun ardıcıllığı xüsusi cihazlarla ölçüləcək. Məlumatların həkimlərin nəzarəti altında qiymətləndiriləcəyi və hər iştirakçı üçün fərdi "yuxu balı" hesablanacağı bildirilib.
Lakin yarış iştirakçıları üçün sadəcə yatmaq kifayət etməyəcək. Tədbirdən əvvəl onlara "yuxu məşqləri" keçiriləcək, həmçinin yuxu keyfiyyətinə təsir göstərə biləcək müxtəlif məhsullar təsadüfi şəkildə paylanacaq.
Əsas sınaq isə yarış zamanı keçiriləcək. İştirakçılar yatarkən təşkilatçılar müxtəlif yayındırıcı müdaxilələr və gözlənilməz hadisələr təşkil edəcəklər. Bununla onların diqqəti yayındıran amillərə baxmayaraq, keyfiyyətli yuxunu qoruyub saxlaya bilmələri yoxlanılacaq.
Yarış üç mərhələdən ibarət olacaq və hər mərhələdə təxminən 20 nəfər iştirak edəcək. Bütün iştirakçılar arasında ən yüksək "yuxu balı" toplayan şəxs əsas mükafatı qazanacaq. Bundan əlavə, ən dərin və ən qeyri-adi yatan iştirakçılar üçün də xüsusi mükafatlar nəzərdə tutulub.
Yarışma 5 oktyabr 2026-cı ildə Tokionun Minato rayonunda keçiriləcək. Tədbirin saat 12:00-dan 20:00-dək davam etməsi planlaşdırılır. İştirak pulsuz olacaq və iştirakçılar müraciətlər arasından seçiləcək.
Yarışda yalnız 20 yaşdan yuxarı şəxslər iştirak edə biləcəklər. Qalib gəlmək məqsədilə əvvəlcədən gec saatlara qədər oyaq qalmaq və ya həddindən artıq yuxusuz vəziyyətdə yarışa qatılmaq qadağandır. Yuxu həblərindən və digər yuxu vasitələrindən istifadə də yolverilməzdir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
XƏBƏR LENTİ
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)





