"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Misli Premyer Liqasının 5-ci turu çərçivəsində "Sabah" "Şəfa"ya 3:0 hesabı ilə qalib gəlib.
Milli.Az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas oyundan sonra keçirilən mətbuat konfransında matç barədə fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablayıb:
"Çempionlar Liqasından sonra belə oyunlara köklənmək çətindir. Amma futbolçularımın yanaşmasından razı qaldım. Yaxşı oynadıq. "Old Trafford"dan sonra bura gəlib oynamaq asan deyil. Bəyənmədiyim məqamlar da oldu. İlk hissədə səhvlərə yol verdik və bundan sonra rəqib qapımıza 5-6 zərbə endirdi. İngiltərədəki oyunda da belə səhvlər etmişdik.
Rotasiyalar etdik. Matça yaxşı və yüksək intensivliklə başladıq. İlk hissədə iki qol vurduq, daha çox da vura bilərdik. "Şəfa"nın da haqqını vermək lazımdır. Onlar yaxşı oynadılar. İkinci hissəyə də yaxşı başladıq və topa daha çox sahib olduq. Ümumilikdə razı qaldım. Bəzi futbolçulara istirahət verdim. Qarşıda "İmişli" ilə oyun var və ona hazırlaşacağıq".
- "Sabah"ın "Mançester Yunayted"ə qarşı müdafiə futbolu oynamayıb açıq futbol nümayiş etdirməsi tənqid olundu. Buna münasibətiniz necədir?
- Futbolda ən asan şey tənqid etməkdir. Hər kəs öz fikrini bildirə bilər. Biz işimizi yaxşı görməyə çalışırıq. Tənqidə sakit yanaşıram və bu, işimizə təsir etmir.
- Xüsusilə Rəhman Daşdəmirov "Mançester Yunayted"lə oyundan sonra tənqid olundu.
- Əvvəllər deyirdilər ki, azərbaycanlı futbolçular niyə oynamır. Bu gün Rəhman Çempionlar Liqasının əsas mərhələsində oynayır. Ona hörmətlə yanaşmaq lazımdır. O, Azərbaycanın ən yaxşı üç futbolçusundan biridir. Tənqid normaldır, amma belə tənqidi qəbul etmirəm. Biz Çempionlar Liqasında oynayan ikinci Azərbaycan klubuyuq. Niyə bizi tənqid edirlər? Mən öz futbolçularımızın qədrini bilməyi məsləhət görərdim. Onlar böyük işlər görürlər. Belə tənqidi qəbul etmirəm və bunu hörmətsizlik kimi qiymətləndirirəm.
- Komanda mövsümə yaxşı başlayıb. Bütün mövsümü bu tempdə davam etdirməyə gücünüz çatacaq?
- Matçdan-matça öz məqsədimizə doğru irəliləyəcəyik. Hazırda bu barədə danışmaq çətindir. Əla komandamız və heyətimiz var. Böyük potensiala sahibik. Bu komanda ilə işlədiyim üçün xoşbəxtəm. (qol.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - Yenilənib
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
"Barselona"nın ən çox maaş verəcəyi futbolçu - (Foto)
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib





