İdman

Lamin Yamal Messi ilə bağlı 13 illik rekordu təkrarladı

14 Sentyabr 2026 14:58
Baxış: 303
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Barselona"nın gənc ulduzu Lamin Yamal İspaniya La Liqasında növbəti uğura imza atıb.

Milli.Az-ın klubun mətbuat xidmətinə istinadən xəbərinə görə, 20 yaşadək futbolçu çempionatın ilk 5 turunda 3 dəfə dubl edərək XXI əsrdə buna nail olan ikinci oyunçu olub. Bununla da Yamal 13 il əvvəl Lionel Messinin müəyyənləşdirdiyi göstəricini təkrarlayıb.

İspaniyalı hücumçu cari mövsümdə "Rayo Valyekano"nu 5:2, "Valensiya"nı 5:0 və "Levante"ni 4:2 hesabı ilə məğlub etdikləri qarşılaşmaların hər birində iki qol vurub.

Lionel Messi isə 2012/2013 mövsümündə çempionatın ilk 5 turunda "Real Sosyedad", "Osasuna" və "Xetafe" ilə oyunlarda dubl etmişdi.

Qeyd edək ki, Lamin Yamal bu mövsüm bütün turnirlərdə 7 qola imza atıb. Onun hesabında La Liqada 6, UEFA Çempionlar Liqasında isə 1 qol var. Gənc futbolçu İspaniya çempionatının bombardirlər siyahısında Kilian Mbappe, Rafinya və Serxio Kamelyo ilə birlikdə liderdir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.