Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sentyabrın 10-da Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk "Muğamat axşamı" konserti keçirilib.
Azərbaycan muğam sənətinin təbliği, milli musiqi irsinin qorunması və gələcək nəsillərə çatdırılması məqsədi daşıyan layihə çərçivəsində sənətsevərlərə zəngin konsert proqramı təqdim olunub.
Konsert proqramında Əməkdar artistlər Elnur Zeynalov və Sevinc Sariyeva, solistlər Elgiz Əliyev, Könül Xəlilzadə, Hüseyn Məlikov, Zümrüd Məmmədova çıxış ediblər.
Xanəndələri Rəşad İbrahimov (tar), Elnur Məmmədov (kamança) , Məhta Məhəmmədəlizadə (qanun), Hüseyn Ələkbərli (balaban), Amil Mustafayev (nağara) və Vasif Yusubli (ud) müşayiət edib. Proqramda "Segah", "Dəşti", "Rast", "Dilkəş", "Çahargah" və "Şur" təsnifləri səslənib.
Muğamın özünəməxsus ifaçılıq ənənələrinin nümayiş olunduğu konsertdə xanəndə və instrumental ifaçıların həmahəng çıxışı Azərbaycan milli musiqisinin zənginliyini və bədii-estetik xüsusiyyətlərini bir daha nümayiş etdirib.
Qeyd edək ki, "Muğamat axşamı" layihəsi Beynəlxalq Muğam Mərkəzinin muğam sənətinin təbliği istiqamətində həyata keçirdiyi ənənəvi layihələrdəndir. Layihə çərçivəsində Azərbaycan muğamının müxtəlif məktəb və ifaçılıq ənənələrinin təqdim olunması, peşəkar sənətkarların yaradıcılığının nümayiş etdirilməsi nəzərdə tutulur.
Yeni mövsümün ilk "Muğamat axşamı" Azərbaycan muğamının klassik irsini müasir səhnədə yaşadan sənətçilərin parlaq çıxışları ilə yadda qalıb.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gəncə və Bakı teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb -
-
Şəfiqə Məmmədova və Fəxrəddin Manafov “Laçından keçən ulduzlar” layihəsinin ilk qonaqları olublar - (Foto)
-
Əyyub Quliyevin rəhbərliyi ilə Dövlət Kamera Orkestrinin konserti keçirildi - (Foto)
-
Sofiyada “Azərbaycan Xalçaları Həftəsi” keçirilib: milli irsimiz Bolqarıstanda geniş şəkildə təqdim olunub - (Foto)
-
Cəlil Məmmədquluzadənin “Kamança” pyesinin motivləri əsasında “Kamança 20/20” adlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Xalq rəssamı Oqtay Şıxəliyevin 95 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Söyüdlü kəndinin qızıl hasilatı üçün boşaldılacağı barədə məlumatlar əsassızdır - Media və Yayım Şurası
-
Başağrılarınız ola bilər - Xəbərdarlıq
-
Bu şəxslərə 13 və 14-cü maaş veriləcək - Şad xəbər
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Arif Mirzəyevlə vida mərasimi keçirilir - (Yenilənib)
-
Qazaxda yanğın oldu
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu tankerə dron hücumu olub - (Video)
-
Qayınata bu yazıya görə toy günü bəyi döydü
-
Vuqar İbrahimov vəfat etdi
-
Sabah bu ərazilərdə su olmayacaq
-
Ayın 16-da intensiv yağış yağacaq - Proqnoz
-
Ardanın yeni maaşı məlum oldu
-
ANAMA sədrinin müavini məhkəməyə verilir - Generalın qızından iddia
-
Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
-
Türkiyə sahillərində zəlzələ oldu
-
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
-
Kamaləddin Qafarov: Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı qarşılıqlı etimada və ortaq strateji maraqlara söykənir
-
Sabahdan bu binalara istilik verilməyəcək
-
Bakıda hava kəskin dəyişir: Temperatur 8 dərəcə enəcək - Tarixlər
-
Azərbaycan Fələstini təbrik etdi
-
Azərbaycan gimnastları Çində keçirilən turnirdə bürünc medal əldə ediblər
-
Səudiyyə Ərəbistanında iki pilotsuz uçuş aparatı vurulub
-
Hörmüz boğazında iki neft tankerində yanğın baş verib





