Söyüdlü kəndinin qızıl hasilatı üçün boşaldılacağı barədə məlumatlar əsassızdır - Media və Yayım Şurası
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fransadan idarə olunan və Azərbaycana qarşı sistemli dezinformasiya yaymaq üzrə ixtisaslaşmış "YouTube" kanalında Gədəbəy rayonunun Söyüdlü kəndi və ətraf yaşayış məntəqələrinin qızıl hasilatı məqsədilə boşaldılacağı barədə tamamilə əsassız iddiaların yayılması ictimai rəyi manipulyasiya etməyə yönəlmiş növbəti cəhddir.
Bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlamasında bildirilib.
Qeyd edilib ki, sözügedən materialda uydurma və şayiə xarakteri daşıyan məlumatların dövlət səviyyəsində qəbul edilmiş qərar kimi qələmə verilməsi əhali arasında təşviş yaratmağa yönələn, dövlət qurumlarına ictimai etimadı sarsıtmaq və cəmiyyətdə gərginliyi artırmaq məqsədi daşıyan çoxmərhələli dezinformasiya kampaniyasının tərkib hissəsidir.
Bu kanal əvvəllər də ölkəmizə münasibətdə sistematik şəkildə dezinformasiya və manipulyativ xarakterli məlumatların yayılması üzrə ixtisaslaşmışdır.
Məsələ ilə bağlı "Meta" şirkətinə rəsmi müraciət ünvanlanıb və əminik ki, şirkət müraciəti operativ araşdıraraq sözügedən dezinformasiyanın öz platformalarında yayılmasının qarşısını almaq üçün zəruri addım atacaqdır.
Azərbaycan Respublikası Media və Yayım Şurası ictimaiyyəti şayiə xarakterli məlumatların təsiri altına düşməməyə, media subyektlərini və sosial şəbəkə istifadəçilərini isə yayılan məlumatların doğruluğunu aidiyyəti qurumların rəsmi məlumatları əsasında yoxlamağa və təsdiqlənməmiş iddiaları tirajlamaqdan çəkinməyə çağırır.
DİGƏR XƏBƏRLƏR
-
Söyüdlü kəndinin qızıl hasilatı üçün boşaldılacağı barədə məlumatlar əsassızdır - Media və Yayım Şurası
-
Başağrılarınız ola bilər - Xəbərdarlıq
-
Bu şəxslərə 13 və 14-cü maaş veriləcək - Şad xəbər
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Arif Mirzəyevlə vida mərasimi keçirilir - (Yenilənib)
-
Vuqar İbrahimov vəfat etdi
XƏBƏR LENTİ
-
Söyüdlü kəndinin qızıl hasilatı üçün boşaldılacağı barədə məlumatlar əsassızdır - Media və Yayım Şurası
-
Başağrılarınız ola bilər - Xəbərdarlıq
-
Bu şəxslərə 13 və 14-cü maaş veriləcək - Şad xəbər
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Arif Mirzəyevlə vida mərasimi keçirilir - (Yenilənib)
-
Qazaxda yanğın oldu
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu tankerə dron hücumu olub - (Video)
-
Qayınata bu yazıya görə toy günü bəyi döydü
-
Vuqar İbrahimov vəfat etdi
-
Sabah bu ərazilərdə su olmayacaq
-
Ayın 16-da intensiv yağış yağacaq - Proqnoz
-
Ardanın yeni maaşı məlum oldu
-
ANAMA sədrinin müavini məhkəməyə verilir - Generalın qızından iddia
-
Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
-
Türkiyə sahillərində zəlzələ oldu
-
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
-
Kamaləddin Qafarov: Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı qarşılıqlı etimada və ortaq strateji maraqlara söykənir
-
Sabahdan bu binalara istilik verilməyəcək
-
Bakıda hava kəskin dəyişir: Temperatur 8 dərəcə enəcək - Tarixlər
-
Azərbaycan Fələstini təbrik etdi
-
Azərbaycan gimnastları Çində keçirilən turnirdə bürünc medal əldə ediblər
-
Səudiyyə Ərəbistanında iki pilotsuz uçuş aparatı vurulub
-
Hörmüz boğazında iki neft tankerində yanğın baş verib





