Hadisə

Rumıniya yaxınlığında azərbaycanlıların olduğu tankerə dron hücumu olub - (Video)

15 Noyabr 2026 14:08
Baxış: 146
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rumıniya sahilləri yaxınlığında, Sulina limanı ətrafında azərbaycanlıların da olduğu tanker gəmisi dron hücumuna məruz qalıb.

Bu barədə "Azərbaycan gəmiçilərinə dəstək" İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, hadisə bu gecə saat 02:00 radələrində "Palmali" şirkətinə məxsus "Alı Najafov" tankerində baş verib.

Gəmidə ümumilikdə 14 nəfər olub. Onlardan 13-nün Azərbaycan, birinin isə Türkiyə vətəndaşı olduğu bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, heyət üzvlərinin operativ müdaxiləsi nəticəsində yanğının yük tanklarına keçməsinin və dizel yanacağının alışmasının qarşısı alınıb. Hazırda gəmi heyətinin təxliyə olunmasını gözlədiyi bildirilir.

Qeyd edək ki, bundan əvvəl də azərbaycanlıların olduğu digər bir gəmi dron hücumuna məruz qalıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.