Hadisə

Həbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı - (Foto)

15 Sentyabr 2026 15:50
Baxış: 85
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bəzi hallarda vətəndaşlar tərəfindən penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsinə və ya ötürülməsinə cəhd göstərilir.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində belə cəhdlərdən daha bir neçəsi aşkarlanaraq qarşısı alınıb.

Belə ki, 1 saylı cəzaçəkmə müəssisəsində məhkuma poçt vasitəsilə göndərilmiş bağlamaya baxış keçirilərkən orada olan tərliyin daban hissəsində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,543 qram qurudulmuş marixuana, 0,716 qram heroin və 0,567 qram metamfetamin aşkar edilib.

Həmçinin Bakı istintaq təcridxanasında həbs edilmiş şəxs üçün həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən geyimin üzərində xüsusi üsulla tikilərək gizlədilmiş ümumilikdə 4 ədəd bükülüdə 0,888 qram heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyətinə səbəb olur.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.