Ərdoğan Azərbaycanı təbrik edib - (Foto)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 15 Sentyabr - Bakının azad edilməsinin ildönümü ilə bağlı təbrik edib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "X" hesabında paylaşım edilib.
"Dost və qardaş Azərbaycanın paytaxtı Bakının düşmən işğalından azad edilməsinin ildönümünü təbrik edirəm və Qafqaz İslam Ordusunun komandanı Nuri Kıllıgil Paşa və onun qəhrəman əsgərlərini rəhmətlə yad edirəm",- deyə paylaşımda bildirilib.
Qeyd edək ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edilərkən Bakı şəhəri Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Sovetinin bolşevik-erməni silahlı qüvvələrinin nəzarəti altında idi. Bu səbəbdən milli hökumət müvəqqəti olaraq Gəncədə yerləşmişdi və Bakının azad edilməsi Cümhuriyyətin qarşısında duran əsas vəzifələrdən birinə çevrilmişdi. Hökumətin sərəncamında cəmi 600 nəfərlik qüvvə olduğu halda, Bakı Sovetinin 18 minlik qoşunu ilə mübarizə aparmaq mümkün deyildi.
Azərbaycanın müraciətinə cavab olaraq Osmanlı dövləti hərbi yardım göstərmək qərarına gəldi və Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu formalaşdırıldı. 1918-ci il iyunun 4-də Azərbaycanla Osmanlı dövləti arasında imzalanan müqavilə əsasında hərbi yardım rəsmiləşdirildi. İyunun sonu-iyulun əvvəlində Göyçay döyüşlərində əldə edilən qələbə Bakı Soveti qoşunlarının Gəncəyə yürüşünü dayandırdı və Qafqaz İslam Ordusunun Bakı istiqamətində əks-hücumuna şərait yaratdı; ardınca Göyçay, Kürdəmir, Ağsu və Şamaxı azad edildi.
Bakıya doğru irəliləyişə baxmayaraq, şəhərdə Sentrokaspi Diktaturası və ona dəstək verən xarici qüvvələr ciddi müqavimət göstərirdi. Qafqaz İslam Ordusunun avqustun 5-də Bakı üzərinə ilk hücumu uğursuz olsa da, sentyabrın 14-nə keçən gecə başlanan növbəti hücum zamanı türk-Azərbaycan qüvvələri həlledici üstünlük əldə etdi. Sentyabrın 14-də Britaniya qoşunları Bakını tərk etdi, sentyabrın 15-də isə Sentrokaspi Diktaturası məğlub edildi və iki günlük əməliyyat parlaq qələbə ilə başa çatdı.
Sentyabrın 16-da Bakının azad olunması münasibətilə türk-Azərbaycan hərbi hissələrinin paradı keçirildi və ertəsi gün Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanın siyasi, iqtisadi və strateji mərkəzinin azad edilməsi Cümhuriyyətin dövlət quruculuğunun qarşısında yeni mərhələ açdı. Bakının azad edilməsi zamanı Osmanlı ordusu 1 130 şəhid verdi və bu qələbə Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixinin ən mühüm səhifələrindən biri kimi yadda qaldı.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ərdoğan Azərbaycanı təbrik edib - (Foto)
-
Hakan Fidan Azərbaycan-Ermənistan arasında sülh danışıqları barədə danışıb
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Video/Foto)
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
XƏBƏR LENTİ
-
İran ABŞ-ın daha bir PUA-sını vurdu
-
Ərdoğan Azərbaycanı təbrik edib - (Foto)
-
Hakan Fidan Azərbaycan-Ermənistan arasında sülh danışıqları barədə danışıb
-
ABŞ kosmosda silah yerləşdirdi - Məqsəd nədir?
-
Cəlilabadda yaşayış evində yanğın oldu
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Video)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
İki ayağını itirən qazimizin nişanından görüntülər - (Video)
-
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
-
Elza Seyidcahan illər sonra “tort qalmaqalı”ndan danışdı - Sirr açıldı - (Video)
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər
-
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Aftandil Qurbanov vəfat etdi
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Video/Foto)
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri





