Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydalarında dəyişiklik edilib.
Bununla bağlı Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov müvafiq qərar imzalayıb.
Qərara əsasən, artıq imtahanda Azərbaycan Respublikasının tarixi üzrə 10 sual olmayacaq.
Azərbaycan dili üzrə sualların sayı isə 10-dan 15-ə qaldırılıb.
Kompüter bilikləri üzrə 10 sualın yerinə isə dünyagörüşü üzrə 15 sual soruşulacaq.
Beləliklə, bundan sonra imtahan Azərbaycan dili üzrə 15, qanunvericilik üzrə 50, məntiq üzrə 20, dünyagörüşü üzrə 15 sualdan ibarət olacaq.
Qeyd edək ki, daha əvvəl imtahan Azərbaycan Respublikasının tarixi üzrə 10, Azərbaycan dili üzrə 10, qanunvericilik üzrə 50, məntiq üzrə 20, kompüter bilikləri üzrə isə 10 sualdan ibarət idi.
Məlumat üçün bildirək ki, müsabiqə imtahandan və söhbətdən ibarətdir. Müsabiqəyə Əsasnamənin tələblərinə cavab verən ali təhsilli şəxslər buraxılırlar.
İmtahan test üsulu ilə həyata keçirilir. İmtahanın müəyyən olunmuş qaydada keçirilməsini təmin etmək məqsədilə digər müvafiq dövlət orqanları cəlb oluna bilərlər.
İmtahan 100 sualdan ibarətdir və 3 (üç) saat müddətində fasilə verilmədən keçirilir.
Hər düzgün cavab bir balla qiymətləndirilir. Suala düzgün olmayan cavab verilməsi və ya sualın cavabsız saxlanması "0" bala bərabərdir.
İmtahanın yekunlarına görə 70 və daha artıq bal toplamış namizəd imtahanı müvəffəqiyyətlə keçmiş hesab olunur və söhbət mərhələsinə buraxılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
XƏBƏR LENTİ
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Astaranın üç kəndində qaz kəsildi
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)
-
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
-
Sabirabadda uşaq ölü doğulub
-
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
-
İradə İbrahimova: "Silinməyən yara izləri ilə imtahana çəkir" - (Fotolar)
-
Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə necə müəyyən olunur?
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır
-
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı şəhid övladını ilk dərsə apardı - (Foto)
-
Koutinyo Neymarla komanda yoldaşı oldu
-
Nazir sinfə girdi, birincilərin reaksiyası diqqət çəkdi - (Video)





