İdman

Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdır

15 Sentyabr 2026 15:45
Baxış: 118
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İspaniyanın "Real" klubunda çıxış edən zədəli futbolçu Rodriqonun bərpa prosesi ilə bağlı yeni məlumat yayılıb.

Milli.Az xəbər verir ki, yerli mətbuatın məlumatına görə, 25 yaşlı vingerin dekabrın ortalarında komandanın heyətinə qayıtması gözlənilir.

Braziliya millisinin üzvü mart ayında çarpaz bağlarının qopması səbəbindən ciddi zədə alıb. Bu səbəbdən futbolçu uzun müddətdir yaşıl meydanlardan kənarda qalıb.

Qeyd edək ki, 2019-cu ildən "Real"ın formasını geyinən Rodriqo Madrid təmsilçisinin heyətində 297 matça çıxıb. O, bu görüşlərdə 71 qol vurub və 57 məhsuldar ötürmə edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.