Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Qarabağa səfər proqramı çərçivəsində Şuşa şəhərində olublar.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Cıdır düzünü ziyarət edib. Qonaqlara Cıdır düzünün tarixi-mədəni əhəmiyyəti və Şuşa şəhərinin tarixi barədə məlumat verilib. İştirakçılar ərazidən Şuşanın füsunkar mənzərəsini seyr ediblər.
Daha sonra nümayəndə heyəti Yuxarı Gövhər Ağa məscidinə baş çəkib. Burada qonaqlara Şuşanın 30 ilə yaxın işğal dövründə tarixi-memarlıq abidələrinin, məscidlərinin və digər mədəni irs nümunələrinin dağıntıya məruz qalması barədə məlumat verilib.
Bildirilib ki, Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra burada genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Şəhərin infrastrukturunun yenilənməsi ilə yanaşı, tarixi-mədəni irsin bərpası və qorunması istiqamətində də mühüm layihələr həyata keçirilib.
Qeyd olunub ki, qədim Şuşada 17 məhəllə olub. Hər məhəllənin öz hamamı, məscidi və bulağı fəaliyyət göstərib. Tarixi-memarlıq nümunələri olan bu tikililərin bir qismi də işğal dövründə erməni vandalizminə məruz qalıb.
Məlumata görə, Şuşa işğaldan azad edildikdən sonra Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı, Mamayı və Çöl Qala məscidlərində bərpa işləri aparılıb, Yeni Şuşa məscidinin isə inşasına başlanılıb.
---------
Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının VII görüşü çərçivəsində keçirilən beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Ağdam şəhərinə gəliblər.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, İslam dünyasının görkəmli mütəfəkkiri, azərbaycanlı alim, ilahiyyatçı filosof Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunan konfrans işini Ağdam şəhərində davam etdirir.
Konfrans çərçivəsində Şeyx Seyyid Yəhya Bakuvi Şirvaninin elmi-fəlsəfi irsi, İslam dünyasında rolu və irsinin müasir dövrdə öyrənilməsi ilə bağlı məsələlərin müzakirə olunması nəzərdə tutulur.
Qeyd edək ki, sentyabrın 14-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Müsəlman Dini İdarə Rəhbərlərinin VII görüşü keçirilib.
Görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının dini qurumlarının rəhbərləri iştirak ediblər. Tədbirin sonunda Bakı Bəyannaməsi qəbul edilib.
Sentyabrın 15-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Köhnə əşyaları atanlar bunu bilsəydi... - Evdəki əşyaların gizli dəyəri
-
"Düşmənə dərs verən bunlardır" - (Video)
-
“Biz qayıtmışıq!” – AzTV-dən Böyük Qayıdışla bağlı maraqlı videoçarx
-
Bu ərazidə qar örtüyünün hündürlüyü 39 santimetrə çatdı
-
“Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir? - Dosye
-
Pensiyalar bu tarixdə ödəniləcək
XƏBƏR LENTİ
-
Bu həftə ən çox qazanacaq bürclər
-
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
-
Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
-
Saatlarla oturanların diqqətinə
-
Təzyiqi aşağı salan 5 əsas qida
-
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
-
Tuncay Şamil 50-ci yubiley dünya çempionatının gümüş medalını qazandı
-
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
-
Şəmkirdə vəzifəli şəxs vəfat etdi





