MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-30 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) bu il də "Sənət inciləri" layihəsi ilə festivala öz töhfəsini verəcək. Mühazirə və konsertlərdən ibarət layihə çərçivəsində ADA və Xəzər universitetlərində tədbirlər təşkil olunacaq.
Ötən festival günlərində uğurla həyata keçirilən layihə dahi bəstəkar, Şərqdə ilk operanın yaradıcısı, musiqişünas, publisist, dramaturq və pedaqoq, akademik Üzeyir Hacıbəylinin (1885-1948) musiqi mədəniyyətimizə bəxş etdiyi əbədiyaşar əsərlərin və peşəkar musiqinin geniş xalq kütlələri arasında təbliği sahəsində göstərdiyi böyük xidmətlərin xüsusilə gənc nəslin diqqətinə çatdırılması məqsədi daşıyır.
Mühazirə-konsertlərin ilki sentyabrın 22-də ADA Universitetində, ikincisi isə sentyabrın 28-də Xəzər Universitetində keçiriləcək.
Tədbirlərdə alim və mütəxəssislər tərəfindən Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı ilə bağlı mühazirələr təqdim olunacaq. Eyni zamanda Beynəlxalq Muğam Mərkəzinin C.Cahangirov adına Xor kollektivi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin ifasında dahi bəstəkarın sənət inciləri səsləndiriləcək.
Qeyd edək ki, ötənilki festival günlərində MEMİM-in "Sənət inciləri" layihəsi çərçivəsində Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında mühazirə-konsertlər reallaşdırılıb.
DİGƏR XƏBƏRLƏR
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
Kanada Aİ-yə qoşula bilər?
-
“Neftçi” 1000-ci oyununa çıxacaq
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasına prezident seçilib
-
Bu şəxslərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
-
Leytenantların xidmət müddəti ilə bağlı yeni qayda
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
KamAZ sürücülərindən ibarət toy karvanı diqqət çəkdi - (Video)
-
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - (Video)
-
“Bolonya”da baş məşqçi dəyişdi - Tedesko göndərildi
-
Ramiz Mehdiyevin işində onlar da dindirilib





