Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial şəbəkələrdə Abşeron rayonu, Masazır qəsəbəsi 5 nömrəli tam orta məktəbdə şagird sıxlığı və sinif otaqları ilə bağlı çətinliklərin yaşanması barədə görüntülər yayılıb.
Görüntülərdə şagirdlərin dərs otağı əvəzinə, məktəbin zirzəmi tipli, havasız və rütubətli ərazisinə yönləndirildiyi, hətta partaları özlərinin daşıdıqları qeyd olunub.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, Abşeron rayonu, o cümlədən Masazır qəsəbəsində əhalinin sıx məskunlaşması ilə əlaqədar bir sıra ümumi təhsil müəssisələrində şagird sıxlığı müşahidə olunur.
"Hazırda 2477 şagirdin təhsil aldığı 5 nömrəli tam orta məktəbdə tədris prosesi 4 növbədə təşkil edilir.
Mövcud vəziyyətlə yerində tanış olmaq məqsədilə Abşeron-Xızı Regional Təhsil İdarəsinin Abşeron-Xızı rayonları üzrə təhsil sektorunun əməkdaşları tərəfindən məktəbdə baxış keçirilib. Baxış zamanı məktəbdəki mövcud şərait, şagird sıxlığı və tədrisin təşkili ilə bağlı vəziyyət yerində araşdırılıb, mövcud çətinliklərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər müəyyənləşdirilib.
Məktəbdə mövcud vəziyyət və yaranan çətinliklərlə bağlı məktəb rəhbərliyi, valideyn icması və müəllimlərin iştirakı ilə görüş də keçirilib. Görüş zamanı şagird sıxlığının yaratdığı çətinliklər müzakirə olunub, valideynlərin təklifləri dinlənilib və problemin həlli ilə bağlı mümkün variantlar nəzərdən keçirilib. Yaxınlıqda yerləşən ümumi təhsil müəssisələrində mövcud imkanlardan istifadə etməklə şagirdlərin yerləşdirilməsi, eləcə də məktəbdə digər uyğun otaqlardan istifadə imkanları valideynlərin diqqətinə çatdırılıb.
Qeyd edək ki, cari tədris ili üçün məktəbdə sinif komplektlərinin sayı artırılıb, sinif otaqlarının sayı 32-dən 39-a çatdırılıb. Tədris prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədilə mövcud standartlar nəzərə alınmaqla bəzi xidmət otaqlarından da uyğunlaşdırılmış sinif otağı kimi istifadə olunur. Şagirdlərin təhsil aldığı otaqlar işıqlandırma sistemi, pəncərə və nəfəsliklərlə təmin edilib.
Bununla yanaşı, şagirdlərin partaları daşıması ilə bağlı yayılan görüntülər də nəzarətə götürülüb. Şagirdlərin nəzarətsiz qaydada parta və digər məktəb avadanlıqlarının daşınmasına cəlb edilməsinin yolverilməz olduğu məktəb rəhbərliyinin, sinif rəhbərlərinin və digər məsul şəxslərin diqqətinə çatdırılıb.
Hazırda məktəbdə tədris prosesinin normal qaydada təşkil edilməsi və mövcud çətinliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür", - açıqlamada qeyd olunub.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasına prezident seçilib
XƏBƏR LENTİ
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
Kanada Aİ-yə qoşula bilər?
-
“Neftçi” 1000-ci oyununa çıxacaq
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasına prezident seçilib
-
Bu şəxslərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
-
Leytenantların xidmət müddəti ilə bağlı yeni qayda
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
KamAZ sürücülərindən ibarət toy karvanı diqqət çəkdi - (Video)
-
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - (Video)
-
“Bolonya”da baş məşqçi dəyişdi - Tedesko göndərildi
-
Ramiz Mehdiyevin işində onlar da dindirilib
-
"Arda Güler yeni Messidir, bütün planet görür" - (Video)
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir





