İdman

Frank Riberi məşqçiliyə başlayır

18 Sentyabr 2026 15:57
Baxış: 145
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Fransa millisinin və "Bavariya"nın sabiq futbolçusu Frank Riberi məşqçi kimi fəaliyyətə başlamaq istiqamətində daha bir addım atıb.

Milli.Az xəbər verir ki, 43 yaşlı keçmiş oyunçu İtaliyada yerləşən məşhur Koverçano məşqçilik məktəbində təhsilini uğurla tamamladığını açıqlayıb.

Riberi sosial media hesabında paylaşdığı açıqlamasında bu mərhələnin onun üçün həm şəxsi, həm də peşəkar baxımdan önəmli olduğunu qeyd edib:

"Bu gün məni həm insan, həm də peşəkar kimi inkişaf etdirən bir yol başa çatır. Koverçanoda keçirdiyim illərdə həmişə qəlbimdə daşıyacağım insanlarla tanış oldum. Professorlara, bütün əməkdaşlara və bu unudulmaz təcrübəni mənimlə bölüşən yol yoldaşlarıma təşəkkür edirəm. Bu gündən etibarən əsl məşqçiyəm. Artıq driblinq və assist yoxdur. Amma sizə şou və yüksək tempdə futbol vəd edirəm".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.