Cəmiyyət

Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artdı

18 Sentyabr 2026 15:42
Baxış: 149
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ötən il Azərbaycanda 1 555 mənzil özəlləşdirilib.

Milli.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, özəlləşdirilən mənzillərin ümumi sahəsi 87 min 265 kvadrat metr təşkil edib. 2024-cü illə müqayisədə mənzillərin sayı 14,3 faiz, ümumi sahəsi isə 47,2 faiz artıb.

Özəlləşdirilən mənzillərin 545-i Bakının payına düşüb. Paytaxtda bu göstərici əvvəlki illə müqayisədə 4,8 dəfə artıb.

Sumqayıtda 474 mənzil (+3,7 faiz), Gəncədə 111 (+18 faiz), Şirvanda 78 (-11,4 faiz), Mingəçevirdə 61 (-23,7 faiz), Salyanda 30 (-27 faiz), Göyçayda 29 (+3 dəfə), Yevlaxda 25 (-24,2 faiz), Qubada 19 (+3 dəfə), Sabirabadda 18 (-25 faiz), Tovuzda 15 (-25 faiz), Ağdaşda 14 (+27 faiz), Cəlilabadda 13 (+86 faiz), Astarada 11 (-52,2 faiz), İmişlidə 11 (-54,2 faiz), Şabranda 11 (+5,5 dəfə), Şəkidə 11 (-15,4 faiz), Ucarda 11 (-26,7 faiz), Tərtərdə 10 (-28,6 faiz), Daşkəsəndə 9 (1 il əvvəl olmayıb), Kürdəmirdə 9 (+28,6 faiz), Qazaxda 7 (-36,4 faiz), Xaçmazda 5 (-72,2 faiz), Ağsuda 4 (+33 faiz), Biləsuvarda 4 (-20 faiz), Hacıqabulda 4 (-75 faiz), Siyəzəndə 4 (-33 faiz), Zərdabda 4 (-43 faiz), İsmayıllıda 3 (-50 faiz), Göygöldə 3 (dəyişməyib), Zaqatalada isə 2 (-33 faiz) mənzil özəlləşdirilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.