Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
"Türk Dövlətləri Təşkilatının (TDT) son illərdə keçdiyi inkişaf yolu onun beynəlxalq gündəlikdə mühüm məsələlər üzrə söz demək imkanları genişlənən təşkilata çevrildiyini göstərir".
Milli.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, Prezident İlham Əliyevin sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər də bu inkişafın qarşıdakı mərhələsinə dair aydın baxış ortaya qoyur. "Dövlət başçısının vurğuladığı kimi, müzakirə olunan məsələlər beynəlxalq təhlükəsizlikdən multikulturalizmə, ticarətdən nəqliyyata və humanitar əməkdaşlığa qədər geniş spektri əhatə edir."
Millət vəkilinin fikrincə, Təşkilatın imkanlarını artıran əsas amillərdən biri üzv dövlətlərin potensialının qarşılıqlı əməkdaşlıq mexanizmləri ilə birləşdirilməsidir: "Azərbaycan bu prosesdə ikitərəfli əlaqələri TDT çərçivəsində çoxtərəfli əməkdaşlıqla tamamlayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması qarşılıqlı investisiyaların cəlb edilməsi və səfərbər olunması baxımından mühüm istiqamətdir. Belə layihələr siyasi münasibətlərin iqtisadi məzmunla zənginləşdirilməsinə xidmət edir. Nəqliyyat bağlantılarının genişləndirilməsi, investisiyaların təşviqi və ticarət əlaqələrinin dərinləşdirilməsi türk dünyasının ümumi potensialından daha səmərəli istifadəyə şərait yaradır. Dövlət başçımızın "Biz birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq institutlardan, aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq" fikri bu baxışın strateji istiqamətini ifadə edir. Burada söhbət yalnız təşkilatın nüfuzunun yüksəldilməsindən deyil, onun beynəlxalq münasibətlər sistemində praktiki rolunun genişləndirilməsindən gedir. Bunun üçün üzv dövlətlərin siyasi iradəsi, iqtisadi imkanları və əməkdaşlıq təcrübəsi mühüm resursdur. Azərbaycanın TDT daxilində fəal mövqeyi də bu məqsədlərlə uzlaşır. Bakı həm ikitərəfli münasibətlərdə, həm də çoxtərəfli formatlarda qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini dəstəkləyir. Azərbaycanın təşəbbüsləri Türk dövlətləri arasında etimadın möhkəmlənməsinə və birgə layihələrin genişlənməsinə zəmin yaradır. Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər məqam qarşıdakı mərhələyə verilən qiymətdir. Dövlət başçısı əsas diqqətin bundan sonra birgə işə, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə, ölkələr və xalqlar arasında daha sıx əlaqələrin qurulmasına yönəldilməli olduğunu bildirib. Bu yanaşma TDT-nin inkişafında yeni mərhələnin məzmununu müəyyənləşdirir. Beləliklə, türk dövlətləri arasında əməkdaşlıq artıq yalnız tarixi və mədəni yaxınlıq üzərində deyil, konkret iqtisadi, nəqliyyat və humanitar layihələr üzərində də möhkəmlənir. Bu imkanları vahid əməkdaşlıq məkanında daha səmərəli birləşdirmək TDT-nin qarşısında duran mühüm vəzifələrdəndir".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
XƏBƏR LENTİ
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)
-
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
Afra Saraçoğlu Venesiyada xüsusi gecədə "göz qamaşdırdı" - (Fotolar)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
-
“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Frank Riberi məşqçiliyə başlayır
-
Müğənni Sevda çimərlik geyimində videosunu paylaşdı
-
Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artdı
-
FIFA Qavinin cəzası ilə bağlı qərar verdi
-
Qızıl yenidən bahalaşdı
-
Mert Günok Türkiyə millisindən ayrıldı
-
Beyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi
-
Zülfiyyə Qurbanova: "Filmlərdəki öpüşmə, zorlama səhnələrini paylaşacağam"
-
Nərimanla Şahrudin milliyə çağırılmadı
-
Paşinyan Almaniyada mükafat aldı - (Yenilənib)
-
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
-
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
-
Sadıqova 21 min manatlıq stəkan alan sabiq rəisin məhkəməsi başladı
-
Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
-
Pakistanda məscid yaxınlığında güclü partlayış: 15 ölü, 50 yaralı - (Video)





