Hadisə

Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu

23 Sentyabr 2026 17:08
Baxış: 307
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sosial şəbəkədə əxlaq normalarını pozan daha bir tiktoker həbs olunub.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, Almaz Maqsudova tiktok sosial şəbəkəsində özünə məxsus "Sarışın gözəl" profilində canlı yayım açaraq, nalayiq ifadələr işlədib. Bununla da o, ictimai mənəviyyatı təhqir edən əməllərə yol verib.

Faktla bağlı A.Maqsudova polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Göyçay rayon Məhkəməsinin qərarı ilə A.Maqsudova barəsində 10 gün müddətinə inzibati həbs qərarı verilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.