Dünya

Britaniyada hərbi təyyarə qəzaya uğradı

23 Sentyabr 2026 17:24
Baxış: 266
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Böyük Britaniyada hərbi təyyarə qəzaya uğradı - ekipaj katapultla xilas olub

Milli.Az xəbər verir ki, Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinə (RAF) məxsus "Hawk T2" hərbi təyyarəsi Uelsdəki Anqlsi adasında yerləşən "RAF Valley" aviabazasından havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

"Mirror" nəşrinin məlumatına görə, hadisə şahidlərinin sözlərinə əsasən, təyyarə yerə çırpılmadan əvvəl hər iki ekipaj üzvü katapult vasitəsilə təyyarəni tərk edib.

Hazırda qəza yerində təcili tibbi yardım, yanğınsöndürənlər və polis əməkdaşları fəaliyyət göstərir. Hadisə ərazisinə hava təcili tibbi yardım helikopterləri də göndərilib.

Böyük Britaniyanın Müdafiə Nazirliyi insidentdən xəbərdar olduğunu təsdiqləyib və qəzaya uğrayan təyyarənin "Hawk" modeli olduğunu açıqlayıb.

Qeyd edək ki, "RAF Valley" aviabazası əsasən qırıcı təyyarə pilotlarının təlim keçdiyi mərkəz kimi fəaliyyət göstərir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.