Hadisə

Tanınmış aktyor xəstəxanaya yerləşdirildi

23 Sentyabr 2026 17:32
Baxış: 350
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov xəstəxanaya yerləşdirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün vəziyyəti pisləşən aktyor özəl klinikaların birinə aparılıb.

48 yaşlı sənətçinin vəziyyəti ilə maraqlanmaq üçün onunla əlaqə saxladıq. R.Səfərov bildirdi ki, hazırda vəziyyəti ötən günlə müqayisədə yaxşıdır: "Dünən dərs keçdiyim zaman kürəyimdə qəfil ağrı qopdu, sanki bıçaq saplandı. Nəfəs ala bilmirdim. İndi xeyli yaxşıyam, müalicələr davam edir. Məndə əsas problem şəkərdir. O yüksək olduğu üçün ürək-damarda da problemlərə səbəb olub. Şəkər xəstəliyi məndə ürək sıxıntıları və oksigen çatışmazlığı yaradıb".

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.