Dünya

İranda 4 bal gücündə zəlzələ baş verdi

9 Avqust 2026 10:00
Baxış: 232
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İranın cənub-qərbində 4 bal gücündə zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, yeraltı təkanlar Xuzistan əyalətində, Həftkel və İze şəhərləri yaxınlığında qeydə alınıb.

Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib. Təkanların əyalətin müxtəlif ərazilərində hiss edildiyi bildirilib.

Hazırda zəlzələ nəticəsində dağıntıların və ya xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.

Qeyd edək ki, bu gün Türkiyənin Qaziantep şəhərində də 4,5 bal gücündə zəlzələ qeydə alınıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.