Matcha içməyin çağırışı edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illərdə populyarlığı sürətlə artan matcha bu dəfə sağlamlıq xəbərdarlığı ilə gündəmdədir. Almaniyada satılan organik matcha məhsulunun müəyyən bir partisində pestisid aşkar edilib. Səlahiyyətli şəxslər məhsulu istehlak etməmək və geri qaytarmaq çağırışı edib.
Milli.Az xəbər verir ki, kafelərdə latte və soyuq içki kimi təqdim edilən matcha marketlərdə də toz və çay formasında istehlakçılarla görüşür. Lakin bu dəfə məşhur içki ilə əlaqədar Almaniyadan diqqət çəkən bir geri çağırış qərarı gəlib.
Almaniyanın rəsmi qida xəbərdarlığı sistemi olan "Lebensmittelwarnung"da 7 avqust 2026-cı il tarixində yayımlanan elana görə, "TryMoin GmbH" tərəfindən satışa çıxarılan "Try Moin Bio Matcha Pure" adlı orqanik matcha məhsulunun müəyyən bir partisində tebukonazol aşkar edilib. Kənd təsərrüfatında göbələk xəstəliklərinə qarşı istifadə edilən bir funqisid olan tebukonazol Avropa İttifaqı qanunvericiliyində reproduktiv (törənmə) baxımdan toksik kateqoriya 2 çərçivəsində təsnif edilir. Alman rəsmiləri aşkar edilən məhsulun insan sağlamlığı baxımından risk yarada biləcəyini bildirərək geri çağırış qərarı veriblər.
Geri çağırış bütün matcha məhsullarını deyil, yalnız müəyyən bir partiyanı əhatə edir. Sözügedən məhsulun 30 qramlıq "Try Moin Bio Matcha Pure" olduğu, partiya nömrəsinin isə "M-P-002" olduğu bildirilib. Məhsulun tövsiyə edilən istifadə tarixi 23 fevral 2028-ci il, EAN kodu isə 4262397271654 olaraq açıqlanıb.
Məhsul Almaniyada "Rossmann" və "Globus" mağazalarında satışa çıxarılıb. Paylanmanın müxtəlif əyalətlərdə həyata keçirildiyi qeyd olunub. Səlahiyyətlilər göstərilən partiyaya aid məhsulu alan istehlakçılara məhsulu istifadə etməmələri və aldıqları mağazaya qaytarmaları barədə çağırış ediblər.
Geri çağırış elanında məhsulda aşkar edilən tebukonazol miqdarı və ya qanuni qalıq limitinin nə qədər keçildiyi açıqlanmadı. Mütəxəssislərə görə, bir məhsulda bu maddənin olması həmin məhsulu istehlak edən hər kəsin qəti şəkildə sağlamlıq problemi yaşayacağı mənasına gəlmir. Risk qiymətləndirilməsində qalığın miqdarı, istifadə tezliyi və məruz qalma müddəti kimi amillər əhəmiyyət daşıyır. Lakin səlahiyyətlilər ehtiyat tədbiri olaraq sözügedən partiyaya aid məhsulların istehlak edilməməsini istəyiblər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
XƏBƏR LENTİ
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
Azərbaycan Qran-prisi: Formula 2 üzrə sonuncu əsas yarış start götürdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Prezident İlham Əliyev: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
-
Prezident İlham Əliyev: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
-
Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər
-
Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı





