Gavalının üzərindəki ağ ləkənin səbəbi bəlli oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Market və bazar piştaxtalarında qara gavalıların üzərində tez-tez görünən mat, incə və toza bənzəyən ağ təbəqə bir çox istehlakçı tərəfindən dərman qalıntısı və ya kif kimi qəbul edilir. Lakin mütəxəssislər meyvənin səthini bir qalxan kimi örtən bu sirli təbəqənin əslində təbiətin təqdim etdiyi ən böyük qoruma mexanizmlərindən biri olduğunu vurğulayırlar.
Milli.Az xəbər verir ki, A, C, E və B qrupu vitaminləri ilə yanaşı potasyum, dəmir, maqnezium və kalsium kimi zəngin minerallar ehtiva edən gavalı həzm sisteminə verdiyi töhfələrlə tanınır. Meyvənin qabığında öz-özünə yaranan bu ağ örtük isə gavalı tərəfindən təbii olaraq istehsal edilən xüsusi bir bitki mumundan ibarətdir. "Farina" adı verilən bu quruluş meyvə lətinin nəm itirməsinin və qurumasının qarşısını alır, zərərli mikroorqanizmlərə, xarici amillərə və mümkün mexaniki zərbələrə qarşı güclü bir sədd rolunu oynayır.
Gavalıların üzərindəki ağ ləkələr təravətin ən böyük əlamətidir
Zənn edilənlərin əksinə, üzərindəki mat örtüyü pozulmamış gavalılara üstünlük vermək lazımdır. Çünki bu həssas təbəqə daşınma, əllə təmas və qablaşdırma proseslərində asanlıqla silinə bilir. Piştaxtada üzərində hamar və bərabər yayılmış ağlıq olan gavalılar məhsulun çox əl dəyişdirmədiyini, diqqətlə yığıldığını və tarladan təzə gəldiyini sübut edir.
Kif yoxsa təbii mum olduğu necə bilmək olar?
Mütəxəssislər sağlamlıq üçün tamamilə zərərsiz olan bitki mumu ilə zərərli kifin bir-birinə qarışdırılmaması lazım olduğuna diqqət çəkirlər. Təbii mum incə, hamar, mat və meyvənin bütün səthinə bərabər yayılmış bir quruluşa malikdir, eyni zamanda meyvənin sərtliyini pozmur. Buna qarşı kif adətən yaralanmış və ya çatlamış bölgələrin ətrafında pambıqvari, qabarıq ləkələr şəklində üzə çıxır, meyvəni yumşaldıb yapışqan hala gətirərək pis qoxu yayır.
Yemədən dərhal əvvəl yumaq lazımdır
Bitki mumu insan sağlamlığı üçün tamamilə təhlükəsiz olsa da, meyvənin üzərində yığılan toz və torpağın təmizlənməsi üçün istehlak edilməzdən əvvəl su ilə yuyulması böyük əhəmiyyət daşıyır. Buradakı ən kritik nöqtə ise gavalını yemədən dərhal əvvəl yumaq zərurətidir. Yuyulduqda qoruyucu mum təbəqəsini itirən gavalılar soyuducuda nəm şəkildə saxlanıldıqda çox daha sürətli çürüməyə və xarab olmağa başlayır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
""Hollivud"a dəvət alan ilk azərbaycanlı aktyoram" - (Video)
-
Kamil Zeynallı qızının uğuruna kövrəldi - (Video)
-
Əməl Sayın mirasını kimə qoyacaq?
-
Serenay Sarıkayanı "Şabaniye"yə bənzətdilər - (Video)
-
Zeynəb Xanlarova uzun fasilədən sonra – Canlı ifası diqqət çəkdi - (Video)
-
UEFA Millətlər Liqası: Türkiyə Fransaya, İspaniya İngiltərəyə uduzdu
XƏBƏR LENTİ
-
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi - (Video)
-
""Hollivud"a dəvət alan ilk azərbaycanlı aktyoram" - (Video)
-
Bir mənzilin borcu bütün binanın istiliyinə təsir edəcək - Açıqlama
-
Makron özü ilə bağlı etiraf etdi: Hələ də yetkinləşə bilməyib
-
Azərbaycanda daha bir vəkil həbs edildi
-
İsmayıllıda keçmiş məktəb direktoru vəfat edib
-
Ermənistan telekanalında canlı efirdə dava - Siyasətçilər əlbəyaxa oldu - (Video)
-
Kamil Zeynallı qızının uğuruna kövrəldi - (Video)
-
Gürcüstan Brüsseldə keçiriləcək Aİ sammitindən imtina etdi
-
Nazirlikdən yaşa görə muavinətlərlə bağlı yeni xəbər
-
İki gündə 58 cinayət açıldı, 67 axtarışda olan şəxs tutuldu
-
Bakıda külək, rayonlarda qar, leysan... - Hava ilə bağlı son məlumat
-
Avropa Rusiyadan imtina edir, amma qaz böhranı dərinləşir - İndi kimdən asılıdır?
-
Paytaxtda küləyin fəsadları aradan qaldırılır - (Foto)
-
Əməl Sayın mirasını kimə qoyacaq?
-
Məktəblərdə payız tətili başladı
-
Muxtar Məmmədov vəfat etdi
-
Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək
-
Bakıda avtobus piyadanı vuraraq öldürdü
-
Bakıda güclü külək faciəyə səbəb oldu - Qadın hasarın altında qalaraq öldü
-
Serenay Sarıkayanı "Şabaniye"yə bənzətdilər - (Video)
-
2026-cı ilin qışı ilə bağlı şok proqnoz: Tarixdə cəmi 3 dəfə belə olub
-
Paytaxtın 7 küçəsində tıxac var
-
Zeynəb Xanlarova uzun fasilədən sonra – Canlı ifası diqqət çəkdi - (Video)





