Çox ləzzətli məzə resepti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Pomidor, bibər və soğanın sobada bişib yumşalması ilə yaranan ətirli tərəvəz qarışığı süzmə qatıq və sarımsaqla mükəmməl uyğunlaşır. Üstünə bir az zeytun yağı və ədviyyat səpərək bu məzəni qızardılmış çörək və ya pide ilə süfrəyə verə bilərsiniz. Əvvəlcədən hazırlayıb saxlamaq mümkün olduğu üçün xüsusilə qonaqlıqlarda işinizi çox asanlaşdıracaq.
Milli.Az resepti təqdim edir:
Tərkibi:
Tərəvəzlər üçün:
3 ədəd kiçik qırmızı bibər
3 ədəd kiçik yaşıl bibər
2 ədəd orta pomidor
1 ədəd orta quru soğan
3 diş sarımsaq
3 xörək qaşığı zeytun yağı
1 çay qaşığı kəklikotu
Yarım çay qaşığı qırmızı toz bibər
Yarım çay qaşığı qara bibər
1 çay qaşığı duz
Qatıqlı qarışıq üçün:
6 xörək qaşığı süzmə qatıq
2 diş sarımsaq
1 dəstə şüyüd
1 dəstə cəfəri
Yarım çay qaşığı duz
Hazırlanma qaydası:
Qırmızı və yaşıl bibərləri iri şəkildə doğrayın. Pomidor və soğanı da eyni ölçüdə doğrayıb sarımsaqlarla birlikdə sobaya davamlı bir qaba yığın.
Üstünə zeytun yağı, duz, qara bibər, qırmızı toz bibər və kəklikotu əlavə edib yaxşıca qarışdırın.
Əvvəlcədən 200 dərəcəyə qızdırılmış sobada tərəvəzlər yumşalıb üzəri yüngülcə qızaranadək (təxminən 25-30 dəqiqə) bişirin. Sobadan çıxarıb bir az soyumağa qoyun.
Başqa bir qabda süzmə qatığı əzilmiş sarımsaq, incə doğranmış şüyüd, cəfəri və duzla qarışdırın.
İlıq tərəvəzləri bir az da kiçik hissələrə bölüb servis qabına yığın. Üstünə hazırladığınız sarımsaqlı qatığı çəkin.
İstəsəniz, son olaraq üzərinə bir az zeytun yağı gəzdirib qırmızı bibər və göyərtilərlə bəzəyə bilərsiniz. Nuş olsun!
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Turşu xiyarın xarab olmaması üçün nə etməli?
-
Bir dilim kifayət etməz: Yunan mətbəxinin məşhur portağallı şirniyyatı – Portokalopita
-
Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Suyu çox olan şorbanı xilas etməyin yolu - 1 qaşıq bəs edir
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan Vətən Müharibəsi Qəhrəmanları və ordenlərlə təltif olunmuş hərbçilərlə görüşüblər
-
Cem Uslu “Eşref Tek”də rol alacaq - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Rəcəb Tayyib Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - (Video)
-
Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur - Ərdoğan
-
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - (Foto)
-
“Nazpərini yamsılayanları qəbul edə bilmirəm” -
-
Xankəndidə Zəfər konserti: Ərdoğanın sevdiyi mahnı səsləndirildi - (Video)
-
Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verib
-
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - (Foto)
-
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - (Foto/Video)
-
Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırıb
-
Azərbaycanın və Türkiyənin birinci xanımları çay masası əsnasında söhbət ediblər - (Foto/Video)
-
Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər
-
Prezident İlham Əliyev və Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - (Foto)
-
Peru mətbuatı Zəfər Günündən yazıb
-
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
-
Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır - (TAM NİTQ) - (Video)
-
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur
-
Azərbaycan bayrağı Brandenburq qapısının önündə dalğalandı
-
Prezident İlham Əliyev: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
-
Prezident İlham Əliyev Türkiyə ilə münasibətlər barədə: Heç kimə imkan vermərik ki, bizim aramıza girsin
-
Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar
-
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - (Foto)
-
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur





