Vanqanın 2026-cı il üçün proqnozları yenidən gündəmdə: Daha üç hadisə gözlənilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bolqarıstanlı kahin Vanqaya aid edilən gələcəklə bağlı proqnozlar 2026-cı ildə də geniş müzakirə olunur.
Milli.Az xəbər verir ki, Vanqanın davamçıları onun bu il üçün beş hadisəni əvvəlcədən xəbər verdiyini iddia edirlər. Onların fikrincə, həmin proqnozlardan ikisinin artıq reallaşdığı düşünülür. Qalan üç ehtimal isə ilin sonunadək baş verə biləcək daha ciddi hadisələrlə əlaqələndirilir.
Vanqanın tərəfdarlarının şərhlərinə əsasən, sözügedən proqnozlar arasında təbii fəlakətlərin artması, süni intellektin əmək bazarında insan əməyini əvəz etməsi, eləcə də daha böyük geosiyasi və kosmik hadisələr yer alır.
Hazırda ən çox diqqət çəkən ehtimallar arasında Yer kürəsinə nəhəng kosmik gəminin yaxınlaşması və bəşəriyyətin yerüstü sivilizasiya ilə ilk təması, III Dünya müharibəsinin başlaması və Rusiyada hakimiyyət dəyişikliyinin baş verməsi göstərilir.
Vanqa 1996-cı ildə vəfat edib. Onun tərəfdarları kahinin ABŞ-də 11 sentyabr 2001-ci il terror aktlarını, Çernobıl qəzasını, Şahzadə Diananın ölümünü, 2004-cü ildə Hind okeanında baş verən sunamini və COVID-19 pandemiyasını əvvəlcədən bildiyini iddia edirlər. Bununla belə, bu proqnozların həqiqətən Vanqaya məxsus olduğunu təsdiqləyən etibarlı sübut yoxdur.
Vanqanın öz proqnozlarını yazılı şəkildə sənədləşdirdiyi məlum deyil. Ona aid edilən fikirlərin böyük hissəsi ölümündən sonra yaxınları və davamçıları tərəfindən yayılıb. Sonrakı şərhlər əsasında bu fikirlər konkret tarixi hadisələrlə əlaqələndirilib. Buna görə də hansı ifadələrin Vanqa tərəfindən deyildiyini və həmin sözlərin hadisələrdən əvvəl səsləndirilib-səsləndirilmədiyini dəqiq müəyyənləşdirmək mümkün deyil.
2026-cı illə bağlı proqnozlardan biri dünyada genişmiqyaslı təbii fəlakətlərin baş verəcəyi barədədir. Vanqanın davamçıları bu iddianı mart ayında Myanmada qeydə alınan 7,7 bal gücündə zəlzələ ilə yanaşı, müxtəlif ölkələrdə müşahidə olunan anomal istilər, meşə yanğınları, daşqınlar və güclü fırtınalarla əlaqələndirirlər. Lakin sözügedən proqnozda fəlakətlərin konkret olaraq harada və nə vaxt baş verəcəyi göstərilməyib. Bu tip təbiət hadisələrinin hər il dünyanın müxtəlif bölgələrində müşahidə olunduğu da nəzərə çarpdırılır.
Digər iddia isə süni intellektin əmək bazarına təsiri ilə bağlıdır. Vanqanın tərəfdarları insanların bir sıra işlərdə maşınlarla əvəzlənəcəyini onun proqnozlarından biri kimi təqdim edirlər. Ancaq süni intellekt və avtomatlaşdırma proseslərinin 2026-cı ildən xeyli əvvəl başladığı məlumdur. Eyni zamanda, Vanqanın bu mövzuda konkret olaraq nə dediyini və həmin fikri hansı tarixdə səsləndirdiyini təsdiqləmək mümkün deyil.
İlin sonuna qədər baş verəcəyi iddia edilən ən qeyri-adi hadisələrdən biri isə yadplanetli həyatla mümkün təmasdır. Vanqaya aid edilən bəzi şərhlərə əsasən, 2026-cı ilin noyabrında nəhəng kosmik gəminin Yer atmosferinə daxil olacağı və bunun insanlarla yerüstü sivilizasiya arasında ilk təmas olacağı gözlənilir.
Bu iddialara maraq ABŞ hökumətinin naməlum anomal hadisələrlə bağlı materialları açıqlamasından sonra artıb. Lakin naməlum uçan obyektlərin müşahidə edilməsi onların mütləq şəkildə yadplanetli mənşəli olduğunu göstərmir. Belə hadisələr dronlar, hava şarları, təyyarələr, peyklər, atmosfer prosesləri və texniki sensor xətaları ilə izah oluna bilər.
Vanqaya aid edilən daha bir proqnoz isə III Dünya müharibəsinin başlanması ilə əlaqələndirilir. İddialara görə, Çinin Tayvanı ələ keçirməyə cəhd göstərməsi, ardınca isə Rusiya ilə ABŞ arasında gərginliyin birbaşa hərbi qarşıdurmaya çevrilməsi gözlənilir. Lakin avqustun 7-nə olan məlumata görə, bu ssenaridə qeyd olunan hadisələr baş verməyib.
Digər tərəfdən, Vanqanın 2026-cı ilin sonunadək Rusiyada hakimiyyət dəyişikliyi olacağını proqnozlaşdırdığı da iddia edilir. Bu versiyaya əsasən, Vladimir Putin prezident postunu itirəcək və ölkəyə yeni rəhbər gələcək.
Hazırda Putinin yaxın zamanda istefa verəcəyini və ya hakimiyyətdən gedəcəyini göstərən hər hansı açıq əlamət yoxdur. Rusiya prezidentinin sağlamlığı və siyasi gələcəyi ilə bağlı əvvəlki illərdə də müxtəlif iddialar səsləndirilsə də, bunların heç biri hakimiyyət dəyişikliyi ilə nəticələnməyib.
Bütün bunlarla yanaşı, Vanqanın baş verəcək hadisələrin 85 faizini əvvəlcədən bildiyi barədə geniş yayılmış iddialar da müstəqil ekspertlər və tədqiqatçılar tərəfindən təsdiqlənməyib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Vanqanın 2026-cı il üçün proqnozları yenidən gündəmdə: Daha üç hadisə gözlənilir
-
Misir Mərdanovun DNT nəticələri açıqlandı (Foto)
-
Bu içkilər gələcəkdə yüksək təzyiqə səbəb ola bilər - Araşdırma
-
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
-
Azərbaycan vasitəsilə Ermənistana buğda və daş kömür göndərilib - (Yenilənib)
-
Restoran admistratoru xanım blogeri təhqir etdi - VİDEO
XƏBƏR LENTİ
-
Tuğba Ekinçinin Bakıda səhnə geyimi diqqət çəkdi - (Video)
-
Tehranda sənaye müəssisəsi yandı
-
Braziliyada helikopter qəzası: 4 nəfər ölüb
-
Kanalda batan gəncin meyiti tapılıb
-
Vanqanın 2026-cı il üçün proqnozları yenidən gündəmdə: Daha üç hadisə gözlənilir
-
İranda 4 bal gücündə zəlzələ baş verdi
-
İspaniyada terror əməliyyatları güclənib: 117 nəfər saxlanılıb
-
Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər
-
Məşhur müğənni vəfat etdi
-
Türkiyədə zəlzələ oldu
-
Yayın ən dadlı tərəvəz yeməyi
-
Dünəndən qalan plovu isidərkən iki dəfə düşünün
-
Matcha içməyin çağırışı edildi
-
Çox ləzzətli məzə resepti
-
Sumaq ədviyyatını yeməklərdə istifadə etməyin incəlikləri
-
0 şəkər, 0 kalori: Yaponlar hər gün stəkan-stəkan içirlər
-
Bişən yumurtaya nə üçün bir damla sirkə əlavə edilir?
-
İranla müharibə ABŞ-nin raket ehtiyatını tükəndirdi
-
"Cennet mahallesi"nin "Ayşe"si ana oldu - (Foto)
-
Nişan hazırlığı üçün köməyə getdi, bacısı oğlunun qızıllarını oğurladı
-
Kredit kartı şifrəsində "0" rəqəmi olanlara xəbərdarlıq edildi
-
“Heç kim öz torpağını atıb gedən deyil” - Zelenski
-
Xərçəngdən əziyyət çəkən Cansever vəfat etdi
-
Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb (Foto)





