Dünya

İranın ali rəhbəri Məsud Pezeşkianla görüşüb

9 Avqust 2026 15:40
Baxış: 354
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Seyid Müctəba Hüseyni Xamenei ilə İran prezidenti ölkədəki vəziyyəti müzakirə edib

Milli.Az xəbər verir ki, İranın ali rəhbərinin informasiya portalı Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin İran Prezidenti Məsud Pezeşkianla görüşdüyünü açıqlayıb.

Məlumata görə, Pezeşkian prezidentliyinin üçüncü ilinin başlanması ilə əlaqədar Ayətullah Seyid Müctəba Hüseyni Xamenei ilə görüşərək fikir mübadiləsi aparıb.

Görüşdə ölkənin məsələləri və problemləri, xüsusilə əhalinin məişət ehtiyaclarının təmin edilməsi, üçüncü məcburi müharibənin hazırkı vəziyyəti və qarşıdakı dövr, hərbi sahədəki inkişaflar, maliyyə və enerji resurslarının təmin edilməsi və xərclərin - rial, valyuta və enerji üzrə - idarə olunması, həmçinin xarici tərəflərlə iqtisadi əməkdaşlıq məsələləri ətraflı müzakirə edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.