Bakı Qara dəniz-Xəzər regionunda nəqliyyat dəhlizlərinin gələcəyinə həsr olunmuş beynəlxalq foruma ev sahibliyi edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2026-cı il sentyabrın 7-dən 9-dək Bakıda "Black and Caspian Freight Forum 2026: Corridors, Infrastructure, Investments" adlı 5-ci Beynəlxalq Konfrans və Sərgi keçiriləcək. Tədbir "Four Seasons" otelində baş tutacaq.
Tədbirdə dövlət qurumlarının, beynəlxalq maliyyə təşkilatlarının, liman və dəmir yolu şirkətlərinin, nəqliyyat və logistika sektorunun, investisiya dairələrinin, biznes və ekspert təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.
Tədbirin təşkilatçıları "RDL Group" və "CASPIA" analitik mərkəzdir.
Forumun əsas müzakirə mövzularından biri Orta Dəhlizin inkişafı və onun Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında nəqliyyat əlaqələrinin genişləndirilməsində rolu olacaq. İştirakçılar dəhlizin inkişaf perspektivləri ilə yanaşı, onun praktiki səmərəliliyinə təsir edən əsas məsələləri - infrastrukturun ötürücülük qabiliyyətini, liman və dəmir yolu şəbəkələrinin vəziyyətini, müxtəlif nəqliyyat növləri arasında koordinasiyanı, investisiya ehtiyaclarını və logistika proseslərinin rəqəmsallaşdırılmasını müzakirə edəcəklər.
Xəzər dənizi üzərindən yükdaşımaların dinamikası, liman və dəmir yolu infrastrukturunun inkişafı, nəqliyyat operatorları arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də Mərkəzi Asiya və Cənubi Qafqazın nəqliyyat şəbəkələrinin Qara dəniz regionu və Avropa ilə daha sıx əlaqələndirilməsi imkanları da müzakirələrin əsas istiqamətləri sırasında yer alacaq.
Forumda TRIPP - "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (Trump Route for International Peace and Prosperity) daxil olmaqla, regionda irəli sürülən yeni infrastruktur təşəbbüsləri və onların regional bağlantılara mümkün təsiri də ayrıca nəzərdən keçiriləcək.
Bununla yanaşı, nəqliyyat infrastrukturuna investisiyaların cəlb edilməsi, multimodal daşımaların inkişafı, Xəzər və Qara dəniz üzərindən yükdaşımaların genişləndirilməsi, logistikanın rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq.
Kütləvi informasiya vasitələrinin nümayəndələri "Black and Caspian Freight Forum 2026: Corridors, Infrastructure, Investments" tədbirini işıqlandırmağa dəvət olunurlar.
Media akkreditasiyası üçün tədbiri işıqlandıracaq jurnalistin və ya digər media nümayəndəsinin adı, soyadı və təmsil etdiyi media qurumunun adının təqdim edilməsi xahiş olunur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bakı Qara dəniz-Xəzər regionunda nəqliyyat dəhlizlərinin gələcəyinə həsr olunmuş beynəlxalq foruma ev sahibliyi edəcək
-
Ötən il Azərbaycanda vergi cinayətləri ilə bağlı 2131 iş olub
-
Yeni binalarda parklanma qaydası: Hər mənzilə neçə maşın yeri düşür?
-
Ağcaqanadlar bu insanları daha çox sancır - Səbəbi məlum oldu
-
Təhsil sənədləri artıq myGov-da
-
Sabah çimərliklərdə hava şəraiti necə olacaq?
XƏBƏR LENTİ
-
İçərişəhərdə utancverici mənzərə ilə bağlı tədbir görüldü - (Foto)
-
"Neftçi" klub tarixinin ən bahalı satışını edir - FOTO
-
Nazir Kənan Aşurova yüksək vəzifə verdi
-
Andraş Baka Macarıstanın yeni prezidenti seçilib
-
Göygöldə 64 yaşlı kişi çaya düşərək öldü
-
Lənkəranda itkin düşən iki qohumun meyiti meşəlikdən tapıldı
-
Çexiyada quraqlıq kritik həddə çatıb: Çaylar quruyur
-
Bakıda ötən il itkin düşən qadının qətlə yetirildiyi məlum oldu - Oğlu saxlanıldı
-
Oman körfəzində konteyner gəmisinə raket hücumu olub
-
Bakı Qara dəniz-Xəzər regionunda nəqliyyat dəhlizlərinin gələcəyinə həsr olunmuş beynəlxalq foruma ev sahibliyi edəcək
-
İraqda 6 milyon silah üçün vahid məlumat bazası yaradıldı
-
"50 manat maaş alırdım, onu da yola verirdim" - (Video)
-
Ötən il Azərbaycanda vergi cinayətləri ilə bağlı 2131 iş olub
-
Yeni binalarda parklanma qaydası: Hər mənzilə neçə maşın yeri düşür?
-
Kobaxidze: “Gürcüstan ərazisini işğal edən yeganə tərəf Rusiyadır”
-
Rəqsanə görünüşünü dəyişdirdi - (Foto-Video)
-
Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı yeni rəqəmlər açıqlayıb
-
Livan ölüm hökmünü ləğv etdi
-
Bakıda usta işlədiyi evdən 10 min manatlıq qızıl oğurlandı
-
21 kiloqram arıqlayan müğənni Leyla sirrini açıqladı - (Video)
-
Ağcaqanadlar bu insanları daha çox sancır - Səbəbi məlum oldu
-
Təhsil sənədləri artıq myGov-da
-
Bəşər Əsədin əmisi oğluna da ölüm hökmü verildi
-
Sabah çimərliklərdə hava şəraiti necə olacaq?





