Bugünkü imtahanda suallar şagirdləri çətin vəziyyətə saldı – NARAZILIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət İmtahan Mərkəzi (DİM) martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Milli.Az xəbər verir ki, bugünkü imtahanda iştirak edən şagirdlər və onların valideynləri sualların çətin olması ilə bağlı narazılıqlarını ifadə ediblər.
Sosial şəbəkədə sualları paylaşan valideynlərdən biri bunu yazıb: "İmtahanda Azərbaycan dili qrammatikası blok səviyyəsində çıxıb, bu da bir daha göstərir, şagirdlərin universitet xəyalı repetitorsuz gerçəkləşməsi çətin olar".
Valideynlərdən Təranə Vəliyeva isə bunları deyib:"Riyaziyyatdan açıq suallar çox çətin düşüb". Digər bir valideyn isə əlavə edib: "Bizi dinləyən olsaydı, dərdimizi deyərdik. Təəssüf ki, uşaqlar çox stress keçiriblər, imtahan çətin olub".
Günay Əhmədova adlı valideyn yazıb: "Qızım gəlib ağladı, riyaziyyat açıq suallar çox çətin idi".
Türküstan sevdalısı adlı istifadəçi isə qeyd edib: "10 ildir repetitoram. Azərbaycan dilində mətnlərin sualları elə uzun idi ki, səbrim çatmadı oxumağa. Uşaq onsuz da həyəcanlıdır".
Tahir Məhərrəmli isə şagirdlərin vəziyyətinə diqqət çəkərək yazıb: "Elə bil sualları tərtib edənlər uşaqların qəsdinə durublar. Suallar orta məktəb səviyyəsində olmalıdır. Məşğələsiz uşaq biliyə sahib ola bilmir. Təhsil əla biznes mənbəyinə çevrilib - pullu kurslar, saysız-hesabsız kitab nəşrləri. Dünyanın heç bir yerində bizdəki kimi çətin imtahan sistemi yoxdur. Allah günahkarların bəlasını versin".
Təhsil eksperti Elçin Əfəndi də imtahan suallarının proqramla uyğunluğunu şübhə altına alıb:
"Bugünkü imtahandan sonra məlum oldu ki, suallar Elm və Təhsil Nazirliyinin tədris proqramına və dərsliklərinə əsaslanmayıb. Sanki Türkiyə, Gürcüstan və Cəbəlüttariq proqramına uyğun hazırlanıb. Nədənsə, bu məqam hər il ortaya çıxır, amma DİM və Elm və Təhsil Nazirliyi heç bir tədbir görmür. Bu, qəbul ediləsi deyil".
Qeyd edək ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 236 imtahan binası, 4311 imtahan zalı ayrılıb.
İmtahanların idarə olunmasına 236 ümumi imtahan rəhbəri, 691 imtahan rəhbəri, 5388 nəzarətçi, 764 buraxılışı rejimi əməkdaşı (mühafizə), 236 bina nümayəndəsi ayrılıb.
İlkin məlumatlara əsasən, 9 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Qeyd olunan hallar protokollaşdırılıb və araşdırma aparılır.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 7 həftə ərzində elan olunması nəzərdə tutulur.
Qeyd edək ki, imtahanda 58138 şagirdin iştirakı nəzərdə tutulub. (Musavat.com)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
-
“Qalatasaray”da daha bir istefa
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz





