Cənubi Qafqaz regionunda davamlı beynəlxalq sülhün və təhlükəsizlik rejiminin bərqərar olunması əhəmiyyətli dərəcədə post-münaqişə dövründə Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin həyata keçirilməsi ilə bağlıdır. Bu ilin avqust ayının 8-də Vaşinqtonda fövqəladə əhəmiyyətli sənədlərin imzalanması bütöv bir bölgənin inkişafı üçün tarixi şans yaratmışdır.
Xatırlatmaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin görüşünün nəticələrinə dair Birgə Bəyannamənin 3-cü bəndində ikitərəfli və beynəlxalq təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyəti təsdiq edilmışdır. Əlavə olaraq, "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflanan mətninin X-cu maddəsində tərəflərin iqtisadiyyat, tranzit və nəqliyyat sahələrində əməkdaşlığın təsis edilməsi üçün ayrıca razılaşmaların bağlanması məsələsi əksini tapmışdır. Azərbaycanın beynəlxalq hüquqa və beynəlxalq ədalətə söykənən səyləri, eyni zamanda, konkret xoşməramlı addımalrla müşahidə olunur. Azərbaycan Respublikasının Prezidenti cari ilin oktyabr ayının 21-də Qazaxıstana dövlət səfəri çərçivəsində verdidyi bəyanatda qeyd etmişdir ki, Ermənistana işğal dövründən mövcud olan yüklərin tranziti məhdudiyyətləri aradan qaldırılmışdır. İlk tranzitin Qazaxıstanın Ermənistana taxıl yükü olması rəmzi məna daşıyır və Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, eyni zamanda dövlətlərarası praktikada mövcudluğunun göstəricisidir.
Sülhün və əmin-amanlıqın bərqərar olunmasını təşviq edən addımların həmçinin Ermənistan tərəfindən atılması əhəmiyyətli xarakter daşıyır. Məsələ burasındadır ki, paraflanan sülh sazişinin yekun imzalanması və ratifikasiyası üçün ən ciddi maneə Ermənistanın Konstitusiyasında yer alan Azərbaycana qarşı ərazi iddialarıdır. Əgər zamanın tələblərindən irəli gələn konstitusiyon dəyişikliklər baş verərsə, sülh müqaviləsinin hüquqi reallığa çevrilməsi üçün ən ciddi maneə aradan qaldırılmış olar. Azərbaycan Respublikası Prezidentinin dediyi kimi, Ermənistan "konstitusiyasının dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir".
Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Azərbaycan sülh gündəliyini ardıcıl formada təşviq edir
25 Oktyabr 2025 18:05
Baxış: 383
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan sülh gündəliyini ardıcıl formada təşviq edir
-
Bakıda məşhur restoran bağlanır?
-
III CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasiminin tarixi bəlli oldu
-
“Cərimənizi hələ ödəməmişəm, indi nə üçün gəlmisiniz?!” - AQTA və qəssablar arasında qalmaqal
-
Gələn həftənin ulduz falı: Gözlənilməz dəyişikliklər ola bilər
-
Kirayə mənzil qiymətləri artacaq - AÇIQLAMA
XƏBƏR LENTİ
-
Almanlar buna görə hər yeməkdə çörək yeyir
-
Məşhur aşpaz - “Restoranlarda bu yeməyi əsla sifariş verməyin” - FOTO
-
Kürdəmirdə "Jiquli" traktora çırpıldı, ölənlər var
-
Zabil Qəhrəmanov məhkəməyə gətirildi
-
Ən zərərli çay: bir fincanı 100 siqaretdən də pisdir
-
İtaliyada kilsə qalmaqalı: minlərlə zərərçəkən, Papa Fransiskdən sərt reaksiya
-
Maştağada 450 manata görə baş verən qətlin təfərrüatı
-
“Bir Axşam Payızda” – Xalq artisti Salman Qəmbərovun konserti keçirildi - FOTO
-
Azərbaycan sülh gündəliyini ardıcıl formada təşviq edir
-
Bakıda məşhur restoran bağlanır?
-
Xarici ölkədə qanunsuz silahlı birləşməyə qoşulan şəxsə hökm oxundu
-
"Art Weekend" çərçivəsində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Püstə ağacı: yaddaşın kökləri” adlı multidissiplinar layihə təqdim olunacaq - VİDEO - FOTO
-
Pakistanda dəhşətli yol qəzası: 1 ailənin 5 üzvü həlak oldu
-
“iPhone 18” modellərində yaddaş inqilabı: “Apple” RAM həcmini artırır
-
“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək - FOTO
-
Torpaq sahələri kəskin bahalaşdı - AÇIQLAMA
-
Bəzi çaylardan sel keçəcək
-
Çayınıza bir ədəd əlavə edin - Qaraciyərin dərmanıdır
-
III CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasiminin tarixi bəlli oldu
-
"Bəxt bizim tərəfimizdə olmadı" - Teymur Rəcəbov
-
İsveçrədə yaşayan Validə arxiv FOTOlarını paylaşdı
-
Makronun bu addımı Fransada etirazlara səbəb oldu
-
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
-
Qorumaq üçün doğulanlar: Bu bürclər hər kəsin “uğur simvolu” sayılır





