Sağlamlıq

Sağlamlıq üçün ən faydalı ət növü - Balıq ya da toyuq deyil

25 Oktyabr 2025 02:02
Baxış: 255
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sağlam qidalanmanın əsas şərtlərindən biri zülalı düzgün mənbədən almaqdır. Mütəxəssislər bildirirlər ki, xüsusilə 50 yaşdan sonra maddələr mübadiləsi yavaşladığı üçün orqanizm üçün həm yüngül, həm də qidalı ət növlərinə üstünlük vermək lazımdır.

Milli.Az xəbər verir ki, qidalanma üzrə mütəxəssislərin fikrincə, ən sağlam ət dovşan ətidir. Onun yüksək protein, lakin aşağı yağ tərkibi ilə seçilməsi onu digər ət növlərindən fərqləndirir.

100 qram dovşan ətində cəmi 170 kalori və təxminən 9 faiz yağ var. Bu səbəbdən, həm çəkisini qorumaq, həm də əzələ kütləsini saxlamaq istəyənlər üçün ideal seçim hesab olunur.

Dovşan əti aşağı xolesterol səviyyəsi sayəsində ürək-damar sağlamlığına müsbət təsir göstərir. Yüksək dəmir tərkibi isə anemiyanın qarşısını almağa kömək edir. Mütəxəssislər onun asanca həzm olunması səbəbindən mədə, bağırsaq və qaraciyər problemi olanlara da tövsiyə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.